Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək

Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən "Paris Air Show-2019” sərgisi başlayıb.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Müdafiə Sənayesi Nazirliyini müşavir Fərrux Vəzirov təmsil edir.

Sərgi çərçivəsində nazirin müşaviri Fərrux Vəzirov Fransanın "Nexter”, "Thales”, "CS Communication”, "Lacroix” və Türkiyənin "TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

"Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.

Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə "Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.

"Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib.

Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə edilib.

Səfər çərçivəsində İtaliyanın "Leonardo” şikətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyində birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib.

Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan "Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib. Növbəti mərhələlərdə danışıqların hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə olunub.

Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danny Pith müşayiət edib.

"Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.





OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...