Ərəb şeyxindən azərbaycanlı müğənniyə təklif

Ərəb şeyxindən azərbaycanlı müğənniyə təklif

Gənc müğənni Aytac Vidadiqızı ifa etdiyi “Sevirəm” mahnısı ilə dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib. 

Qafqazinfo”nun məlumatına görə, müğənni şeyxlə görüşdüyünü və şeyxin onun mahnısını çox bəyəndiyini bildirib:

“Bilirdim ki, ifa etdiyim mahnı vətənimdə uğur qazanacaq. Amma əcnəbilərin diqqətini çəkməsini gözləmirdim. Ərəb şeyxinin mahnımdan xoşunun gəlməsini yaxın dostlarımdan biri dedi. Elə bildim ki, zarafat edir. Daha sonra şeyxin yaxın adamları mənə zəng edib bu haqda fikirlərini və şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər. Xəbərin həqiqi olduğuna o zaman inandım. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vastiəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən bu mahnıya ərəbsayağı klip və fotosessiya etdirmək üçün icazə istədi. Dedim klipi siz maliyyələşdirin, fotosessiyanı özüm edərəm”.

Aytac şeyxin adını açıqlamasa da, yaxın vaxtda şeyx üçün özəl konsert verəcəyini də qeyd edib: 

“Adını açıqlamaq istəmirəm. Bu düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir. Buna baxmayaraq bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm”. 

Qeyd edək ki, müğənninin mahnı üçün çəkilən fotosessiyasının müəllifi  Niko Abbasovdur, vizajist isə  Anar Ağakişiyevdir.


OXŞAR XƏBƏRLƏR

Sabah parklanma xidməti ÖDƏNİŞSİZ OLACAQ

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Na...

Azərbaycanda ən aşağı maaş bu sahələrdədir - MƏBLƏĞ

Azərbaycanda orta əməkhaqqı 993 manat olsa da, bəzi sahələrdə orta maaş bundan xeyli aşağıdır.   Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbə...

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti dəyişdirilir - XİN

Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində ...

Həftədə dörd alma yesəniz... - ARAŞDIRMA

Yangtze Xəstəxanasının (Çin) alimləri müəyyən ediblər ki, həftədə dörd alma yemək ürək-damar xəstəliklərindən ölüm ehtimalını təxminən 40% azalda bilər.  ...

Bakıdan bu əraziyə yeni marşrut xətti açılır - DİQQƏT!

Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır.   Bu barədə Sfera.az-a Rəqəmsal İn...

“Üzr istəmək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar” - Deputatdan şərh

Artıq 2024-cü ilin bitməsinə son günlər qalıb.Ancaq təəssüf ki, ölkəmizdə ilin son günləri olduqca faciəli bir hadisə ilə yadda qaldı. Belə ki, 25 dekabr 2024-c...