İtaliyada yüz minlərlə insan eynicinsli nikahlara qarşı mitinqə çıxıb
Cəmiyyət
08:48 / 23.06.2015
2348
Bakı. 21 İyun. REPORT.AZ/ Romada yüz minlərlə insan İtaliya hökumətinin homoseksual cütlüklərin leqallaşdırmaq planlarına qarşı etiraz əlaməti olaraq küçələrə çıxıb.
"Report" xəbər verir ki, nümayişçilər "Ailə dünyanı xilas edir", "Uşaqlarımızı müdafiə edək!" şüarlarının yazıldığı plakatlarla etiraz aksiyasına çıxıblar.
Aksiya təşkilatçıları iştirakçıların sayının demək olar ki, bir milyon nəfərə çatdığı bildirsələr də, yerli polis say açıqlamaqdan imtina edib.
İtaliya eynicinsli nikahların qanuniləşdirilmədiyi yeganə Qərbi Avropa ölkəsidir.