"Neftçi"nin baş məşqçisindən "Sperantsa" açıqlaması

"Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi püşkünün nəticəsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, italiyalı mütəxəssis Moldova təmsilçisi "Sperantsa" ilə ilk oyunun evdə keçiriləcəyini üstünlük saydığını vurğulayıb.  

Onun sözlərinə görə, "Speranta” adi komanda deyil: "Moldovada futbol mövsümü davam edir. Belə olan halda, təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik". 

Əvvəllər "Şerif"ə rəhbərlik etmiş Bordin Moldova çempionatı və "Sperantsa”nı yaxşı tanıdığını da diqqətə çatdırıb: "Bilirəm ki, bu komandaya kifayət qədər yaxşı baş məşqçi rəhbərlik edir. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib səfərə sərfəli nəticə ilə yollanacağıq”.

Qeyd edək ki, "Neftçi” və "Sperantsa” arasında ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...