Hindistanda 100-dən çox uşaq beyin iltihabından ölüb

Hindistanda 100-dən çox uşaq beyin iltihabından ölüb

Hindistanın ən yoxsul bölgələrindən biri olan, təxminən 100 milyon əhaliyə malik Bihar ştatında 100-dən çox uşaq ensefalit (infeksion xəstəlik – mikrooqranizmin beyinə keçməsi nəticəsində baş verən beyin iltihabı - red.) xəstəliyindən ölüb.

"Qafqazinfo”nun məlumatına görə, səlahiyyətli şəxslər xəstəliyə səbəb olan virusun liçi meyvəsindən yayıldığını düşünürlər. 

Səhiyyə Nazirliyinin nümayəndəsi Aşok Kumar Sinqin sözlərinə görə, xəstələrin əksəriyyətinin qanında qəflətən qlükoza yoxluğu müşahidə olunub. Bu virusun 1995-ci ildən bəri hər il yaz aylarında eyni bölgələrdə tipik olaraq liçi meyvəsinin yetişdiyi zamanlarda üst-üstə düşərək yayıldığı deyilir.


OXŞAR XƏBƏRLƏR