Ramil Şeydayevin transfer qiyməti artdı

Ramil Şeydayevin transfer qiyməti artdı
 

Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, "transfermarkt.ru" saytının açıqladığı siyahıda millimizin hücumçusu Ramil Şeydayevin də adı var. 22 yaşlı forvardın qiyməti əvvəlki ilə müqayisədə 200 min avro artaraq, 1,2 milyon olub.

Rusiya çempionatında çıxış edən ən bahalı oyunçu isə Moskva SSKA-sının müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rus futbolçunun dəyəri 30 milyon avrodur. İkinci yerdə paytaxt klubunun digər üzvü Nikola Vlaşiç (20 milyon), üçüncü pillədə isə "Lokomtiv"in yarımmüdafiəçisi Qjeqoj Krikovyakla "Krasnodar"dan Viktor Klasson (18 milyon) qərarlaşıb.

Qeyd edək ki, Ramil ötən ilin yayından "Krılya Sovetov"da çıxış edir.

Onu da əlavə edək ki, "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviçin gələcək taleyinə də aydınlıq gəlib. Samara hökumətinin sədr müavini Aleksandr Fetisov monteneqrolu mütəxəssisin komandada qalacağını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...