Ana və qızı özünü 10-cu mərtəbədən atdı - Bakıda DƏHŞƏT

Ana və qızı özünü 10-cu mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bakıda intihar olub.

Sfera.az
 APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. 

Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.

İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. 
 
İntihar edən şəxslər "Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır. 

Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq intihar edib. R. Allahverdiyevanın xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

Hadisənin səbəbləri araşdırılır. 

OXŞAR XƏBƏRLƏR