“Qadınların xoşuna gəlməyə çalışıram” - Vasif
Müğənni Vasif Məhərrəmli “Region TV”də yayımlanan “Şou məkan” verilişində açıqlamasında həmcinslərindən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, müğənni tamaşaçılardan gələn “Kişilər arasında fərqlənməyə çalışırsınız, yoxsa qadınların xoşuna gəlmək istəyirsiniz?” sualına cavab verib: "Təbii ki, əsl kişi olaraq, qadınların xoşuna gəlməyə çalışıram. Kişilərin niyə xoşuna gəlim? Hər bir normal kişi kimi qadının xoşuna gəlmək istəyirəm".
“Təklif gəlsə, Xocalı Soyqırımı günü dünya ulduzları ilə birgə səhnəyə çıxarsınızmı?” sualı səsnətçini bərk əsəbiləşdirib: "Bəzən məcbur oluram sərt danışmağa. Hərdən bəziləri özlərini çox ağıllı hesab edirlər. Guya ki, bunlar çox ağıllıdırlar. Mənə bu sual toxundu. Əslində məni nə söydü, nə də bir şey elədi. Siz çox vətənpərvərsiniz belə? Vətənpərvərik insanın daxilində olmalıdır. Əldə bayraq yelləmək vətənpərvərlik deyil. Bayraq insanın ürəyinin başında olmalıdır. Bu sual çox bəsit sualdır. 26 fevral Xocalı Soyqırımında heç bir azərbaycanlı sənətçi səhnəyə çıxmaz. Təbii ki, buna heç kim razı olmaz. Nə demək istəyirsiniz? Bizi imtahana çəkirsiniz?".
Məhərrəmli artıq bəzi verilişlərə çıxmayacağını bildirib: "Hansısa verilişə getmədən öncə o veriliş haqda məlumat öyrənməyə çalışıram. O verilişdə məndən başqa kim olacağını öyrənmək istəyirəm. Amma hərdən telekanallar bizi aldadırlar. Bir verilişdə problem yaşandı, verilişi tərk etmək həddinə çatdım, amma getmədim. Verilişi də tərk edəndə arxanca min söz danışırlar. Amma bundan sonra məni o qızın verilişində görməyəcəksiniz. Hər gün mənə o verilişdən dəvət gəlir, amma mən getmirəm. Məni bir də o verilişdə görsəniz, ağzınıza gələni deyərsiniz".