Erməni idmançılar yenə Bakıya gəlir
Cəmiyyət
05:22 / 23.06.2015
2466
Bu gün erməni idmançılarının daha bir qrupu “Bakı-2015” I Avropa Oyunlarında mübarizəyə qoşulmaq üçün Bakıya gəlir.
Sfera.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakıya yola düşən qrup cüdoçulardan ibarətdir. Bu barədə Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan yazıb. Ermənistan yığmasının heyətinə Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq), Janna Stankeviç (52 kq) daxil edilib. Ermənistan yığmasının baş məşqçisi Tiqran Babayandır.
Qeyd edək ki, erməni cüdoçular Bakıda iyunun 25-i və 26-də mübarizəyə başlayacaqlar.