Moskvada kütləvi etirazlar - 95 nəfər saxlanıldı

Dünya
16:39 / 12.06.2019
2705
Moskvada bir neçə gün öncə narkotik iddiası ilə saxlanılıb dünən sərbəst buraxılan "Meduza” saytının jurnalisti İvan Qolunova dəstək məqsədilə razılaşdırılmamış kütləvi aksiya keçirilir.
"Qafqazinfo”nun "İnterfaks”a istinadən verdiyi xəbərə görə, etirazlar fonunda 95 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında "Meduza”, "Kommersant” nəşrlərinin, "Dojd” telekanalının, "Reuters” agentliyinin əməkdaşları və müxalifət lideri Aleksey Navalnı da var.