Dubayda onlayn dilənçi 50 min dollar qazandı

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan əcnəbi qadın insanların etibarından sui-istifadə edərək 50 min dollar mənimsəyib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həmin qadın sosial şəbəkələrdə səhifələr açaraq uzun müddətdir uşaqlarının həyat yoldaşının yanında qaldığını, özünü çox bədbəxt hiss etdiyini bildirib və övladlarının şəkillərini paylaşaraq yardım istəyib.

İnsanların onun çağırışlarını cavabsız qoymaması isə dələduz qadının 17 gün ərzində 184 min dirhəm, yəni 50 min dollar qazanması ilə nəticələnib. Lakin bundan xəbər tutan həyat yoldaşı dərhal Dubay Polisinə müraciət edib və qadın saxlanılıb.

Adı çəkilməyən əcnəbi qadının Avropadan olduğu bildirilir.

Qeyd edək ki, BƏƏ-də internet vasitəsilə dilənçilik etmək cinayət məsuliyyəti yaradır, həmin şəxslər hətta azadlıqdan məhrum edilə bilər.

 

Ümumilikdə, polisin hesabatına əsasən, Dubayda Ramazan ayında 128 dilənçi saxlanılıb. Onlardan 85-i kişidir.


OXŞAR XƏBƏRLƏR