Fərəc Quliyev: "Ermənilər ağalarının qulluğunda duran maşadırlar”
“Müharibə gedir, bundan sonra da belə hallar qaçılmazdır. Ədaləti tezliklə bərpa etməliyik. Bayrağımızı Xankəndinə sancmağımızın vaxtıdır".
Bu sözləri Milli-Xeber.az-a Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin itkin düşməsi ilə bağlı danışan millət vəkili Fərəc Quliyev deyib.
"Ermənilər hər vəziyyətdən istifadə edir. Hətta çaylara partlayıcı maddə ötürür uşaq oyuncağı şəklində qətliyam etmək üçün. Bu savaşdır amma konkret bir şey deməyə malik deyilik. Çünki, Ermənistan heç bir beynəlxalq qanuna əməl etmir. Onlar ağalarının qulluğunda duran maşadır. Amma Azərbaycan hər zamankı kimi öz insanlarına sahib çıxmaq üçün təbii ki, əlindən gələn bütün imkanlardan istifadə edəcək”
Bu hadisənin Avropa Oyunları ərəfəsində baş verməsi təxribat kimi saymaq olarmı?- sualına isə millət vəkili belə cavab verib.
“Hesab etmirəm onlar bütün hallarda çalışıblar Azərbaycana zərər versinlər. Bu da onların növbəti addımlarından biridir”.
Xatırladaq ki, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində, qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.