Rövnəq Abdullayev təcili iclas çağırdı: Biabırçı məğlubiyyətə görə
02:55 / 12.06.2019
10261
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.
AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.
Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib./qafqazinfo.az/