"İşğal etdiyiniz torpaqlardan nə vaxt çəkiləcəksiniz?" - VİDEO

"Real” TV-nin və Report informasiya agentliyinin Moskva müxbirinin sualları Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı çətin vəziyyətə salıb.

7NEWS.azxəbər verir ki, Moskvada səfərdəolan Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransına qatılan "Real” TV-nin və Report informasiya agentliyinin Rusiya bürosunun əməkdaşı İqbal Rüstəmov İrəvanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü blef siyasətini işğalçı ölkə rəhbərinin üzünə çırpıb. Paşinyana bir neçə sual ünvanlayan Rüstəmovəvvəlcə İrəvanın "konstruktiv mövqe” haqda bəyanatlarına baxmayaraq, Ermənistan ordusunun cəbhə xəttində təxribatlarını davam etdirdiyini və bunun nəticəsində hətta ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan hərbçilərinin snayper atəşi ilə öldürüldüyünü xatırladıb: "Bir tərəfdən danışıqlarda konstruktiv mövqe tutduğunuzu deyirsiz, digər tərəfdən isə insanlar həlak olur. Bunu necəizah edərdiz?”

Rüstəmovun Paşinyana ünvanladığı növbəti sual isə konkretliyi ilə seçilib: "Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən nə vaxt çəkiləcək?”

Azərbaycanlı jurnalistin sonuncu sualı isə rəsmi Bakının tühlükəsizliyinə yüksək səviyyədə təminat verdiyi London "Arsenal”ının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsinin səbəbləri ilə bağlı olub. Cavaba sonuncu sualdan başlayan Paşinyan məsələnin mahiyyətindən yayınmağa çalışaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını xatırladaraq, uğursuz müqayisəyə cəhd göstərib.

Paşinyan iyunun ilk ongünlüyündə Azərbaycan hərbçilərinin ermənilərin snayper atəşi ilə qətlə yetirilmələrinin məsuliyyətini də öz üzərindən atmağa çalışıb. Baş nazir işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına dair suala isə "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin yeganəqarantıdır” cavabını verməklə kifayətlənib.

 


 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...