Velosipedçilərimiz Belçikada birinci oldu - FOTOLAR

Velosipedçilərimiz Belçikada birinci oldu - FOTOLAR
 

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U-17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər. Təlim-məşq prosesi çərçivəsində velosipedçilərimiz bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Azərbaycan Velosiped İdmanı FederasiyasındanTeleqraf.com-a verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın "Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 kilometr məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Nikita Sıtovun finiş xəttini birinci keçməsinə şərait yaradıblar və təmsilçimiz fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, "Bakı 2019” zamanı iyulun 23-də fərdi, iki gün sonra isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...