Rusiya hərbi attaşesi: “102-ci baza Naxçıvandakı təlimləri izləyir”

Rusiya hərbi attaşesi: “102-ci baza Naxçıvandakı təlimləri izləyir”
 

Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının komandanlığı Naxçıvanda keçirilən "Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini diqqətlə izləyir.

 

Bu barədə Rusiyanın Yerevandakı səfirliyinin hərbi attaşesi Andrey Qrişşuk jurnalistlərə bildirib.

 

Qrişşuk deyib ki, Naxçıvanda keçirilən hərbi təlimlər "hazırda heç bir təhdid yaratmır” və Rusiya bu təlimləri diqqətlə izləməkdədir.

"Hazırda heç bir təhdid yaratmır. Bu, planlaşdırılmış təlimdir, əvvəlcədən bəyan edilmiş məqsədlər və vəzifələrlə keçirilir”-hərbi attaşe bildirib.

 

Qrişşuk əlavə edib ki, Naxçıvanda keçirilən təlimləri Rusiya tərəfi də, Ermənistanda dislokasiya edilmiş 102-ci baza da ayrı-ayrılıqda izləyir.

 

"Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinin döyüş mərhələsi iyunun 7-dən başlayıb, təlimlərə 5 minə qədər hərbçi, 200 vahiddən çox tank və digər zirehli döyüş texnikası, 180-ə qədər raket və artilleriya sistemləri, pilotsuz uçan aparatlar və digər müasir silah-texnika cəlb olunub. Təlimlər bu gün başa çatır. Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi neçə gündür Ermənistan siyasi dairələrində də həyacan və təşvişlə izlənilir. Təlimləri izləmək üçün Türkiyənin müdafiə naziri Hulusi Akar da Naxçıvana gəlib.

 

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...