Bakıda məktəbli qızları tora salıb fahişə kimi satan Cəlalın FOTOLARI

Bakıda məktəbli qızları tora salıb fahişə kimi satan Cəlalın FOTOLARI
Bakıda məktəbli qızları fahişəliyə cəlb edən şəxsin barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Sfera.az news24.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsində Mehdiyev Cəlal Əli oğlu barəsində Cinayət Məcəlləsinin 243.1-ci, yəni, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib. İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, Cəlal Meydiyev qızları sosial şəbəkə vasitəsi ilə ələ alaraq onları fahişəliyə cəlb edib. Iş üzrə 5 qız zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, sosial şəbəkədə azyaşlı qızları aldadaraq, hədə-qorxu gələrək fahişəliyə cəlb edən Bakı sakini Mehdiyev Cəlal Əli oğlu İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun instagramda məktəbli qızları tora saldığı üzə çıxıb.

OXŞAR XƏBƏRLƏR