1 milyondan çox insan küçələrə çıxdı - FOTOLAR

1 milyondan çox insan küçələrə çıxdı - FOTOLAR

Çinin Honkonq xüsusi inzibati rayonunda 1 milyondan çox insan ədalətdən gizlənən şübhəli şəxslərin ekstradisiyası haqqında qanunda düzəliş edilməsinə etiraz olaraq aksiyalara başlayıb. "Qafqazinfo” xəbər verir ki, bu barədə "South China Morning Post” təşkilatçılara istinadən məlumat yayıb. 

Məlumata görə, geniş toqquşmalar baş verməyib. Polis 7 nəfəri saxlayıb, gözyaşardıcı qazdan istifadə edib. 

Nəşr qeyd edir ki, Honkonq Çin, Makao və Tayvanla materik ekstradisiyası haqqında razılaşmaya qoşulmayıb. Hazırda dövlət rəsmiləri bununla bağlı qanun layihəsi hazırlayır ki, bu da 12 iyunda qüvvəyə minə bilər. 

Qanuna əks olanların fikrincə, layihənin qəbulu Honkonqun "muxtariyyətinin ölümü” deməkdir. Onlar qanunun insan haqları uğrunda mübarizə aparan və aparacaq istənilən fəala da şamil olunacağını düşünürlər. Bu isə ölkədə söz azadlığının boğulmasına gətirib çıxara bilər.


OXŞAR XƏBƏRLƏR