İsa Qəmbər yenidən Müsavat başqanlığına qayıdır: Qubad İbadoğluna hansı vəzifə vəd olunub?

İsa Qəmbər yenidən Müsavat başqanlığına qayıdır: Qubad İbadoğluna hansı vəzifə vəd olunub?

Müsavat Partiyasında İsa Qəmbərin yenidən başqan gətirilməsi planı işə düşüb.

Bu barədə Avropa.info etibarlı mənbədən məlumat əldə edib. 

Mənbə qeyd edib ki, partiya daxilində narazılığı önləmək üçün İsa Qəmbər yenidən Müsavata başqan kimi qayıtmaq istəyir.

Qeyd edək ki, partiya qurultaya hazılıqla bağlı hesabat-seçki konfransları keçirilir. Rayon təşkilatlarına qurultayda İsa Qəmbərin partiya rəhbəri seçilməsi üçün gizli tapşırıqlar verilib.

Xatırladaq ki, bir müddət əvvəl Yadigar Sadıqlı da partiya başqanlığına namizədliyini irəli sürüb və böyük çoxluq - sabiq müavinlər Elman Fəttah, Tofiq Yaqublu, o cümlədən əksər Divan üzvləri onu dəstəkləyiblər. Məhz bundan sonra Müsavatın  indiki başqanı Arif Hacılın və Yadigar Sadıqlının tərəfdarları arasında mübahisələr qızışıb. 

Görünən odur ki, olduqca zəifləmiş və gücdən düşmüş Müsavatda Arif Hacılının rəhbərliyi çox çəkməyəcək. Partiya üzvlərinin onun yarıtmaz fəaliyyətindən narazılığı getdikcə artır və yaşanan son qalmaqal isə Müsavatın yenidən parçalanmasını daha da sürətləndirir. İsa Qəmbərin yenidən başqan gətirilməsi məhz bu parçalanmanın qarşısını almaq üçün düşünülüb.

Mənbəmiz bildirib ki, qurultayda İsa Qəmbər başqan seçiləcəyi təqdirdə, ötən qurultaydan sonra partiyadan uzaqlaşan Qubad İbadoğlu və onun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının  üzvləri yenidən Müsavata qayıdacaq.  Nəzərdə tutulan planda İsa Qəmbərin başqanlığı dövründə Qubad İbadoğlu baş katib təyin olunacaq.

Mənbə həmçinin qeyd edib ki, Müsavatın qurultayının keçirilməsi vaxtı parlament seçkilərindən əvvələ nəzərdə tutulub. Əgər bu il parlamanet seçkiləri keçirilsə, Müsavat da qurultayını bu il keçirəcək, seçkilər 2020-ci ildə olsa, o zaman Müsavat qurultayını gələn ilə saxlayacaq.



OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...