146 min bilet satışa çıxarılıb

146 min bilet satışa çıxarılıb
Bu gündən etibarən "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb. Biletlərin satışı Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket arasında imzalanan razılıq müqaviləsi çərçivəsində gerçəkləşir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, satışa çıxarılan 146 000 bilet, "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi veb saytından //www.eyofbaku2019.com və iTicket.az rəsmi saytından //www.iticket.az əldə oluna bilər. 
Bundan əlavə, bütün idmansevərlər biletləri "Park Bulvar”, "Gənclik”, "28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər. 
Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında dəyişir. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək. 
Bütün idman yarışlarına biletlərin pulsuz olmasına baxmayaraq, idman arenalarına giriş yalnız əvvəlcədən əldə olunmuş biletlər vasitəsilə mümkün olacaq. 
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov vurğulayıb ki, açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətlərin təyin edilməsi, habelə bütün idman yarışlarına biletlərin pulsuz olması yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyatmaq və onların bu möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün edilib. 
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. 

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...