Yunanıstanda türkiyəli diplomatların maşınları yandırıldı

Yunanıstanda türkiyəli diplomatların maşınları yandırıldı

Yunanıstanın Selanik şəhərində iki türkiyəli diplomata məxsus avtomobil səhər saatlarında yandırılıb.

"Qafqazinfo”nun "Milliyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin Selanikdə ticarət attaşesi Serkan Buraklıya aid diplomatik nömrəli avtomobili şəhərin mərkəzində yertləşən evinin qarşısında yandırılıb. İnsidentdən qısa müddət sonra adı açıqlanmayan qadın diplomatın avtomobilinin üzərinə benzin tökülərək yandırılıb. 

Hər iki avtomobil yararsız hala düşüb, ətrafdakı bir çox maşına da ziyan dəyib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğını törədən şəxslərin kimliyi müəyyənləşdirilir. 

Faktla bağlı cinayət işi açılıb. 


OXŞAR XƏBƏRLƏR