Bakıda kişi arvadının boğazını kəsib
Kriminal
10:40 / 10.06.2019
2547
Bakıda ər arvadının boğazını kəsib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.