“İlk sevdiyim qızla evləndim” – 75 yaşlı, “Şöhrət” ordenli deputat

“BİZ MANATIN SABİTLİYİNİ SAXLASAYDIQ, VALYUTA EHTLYATLARIMIZ TÜKƏNƏRDİ”
“MƏNİM O İQTİSADÇILARA YAZIĞIM GƏLİR”

Ziyad Səmədzadə ilə görüşümüz təsadüfən alındı. Elə bu təsadüf nəticəsində də öyrəndim ki, Ziyad bəy yubileyini qeyd edir. Bir az uşaqlıq vaxtlarından, uşaqlıq sevgilərindən, kənd həyatından, bir az iqtisadi proseslərdən danışandan sonra qərara gəldik ki, söhbətimizi müsahibəyə çevirək. 

Qısa arayış: Ziyad Səmədzadə 1940-cı ilin bu günündə Bakının Buzovna kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 31 yaşında iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib. 1976-78-ci illərdən başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 500-dən çox elmi əsərin, o cümlədən bir sıra sanballı elmi araşdırmaların müəllifidir. 

Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədridir. 

- Ziyad bəy, dünən “Şöhrət ordeni ilə təltif edildiniz. Təbrik edirik sizi...

- Təşəkkür edirəm. Cənab prezidentə bu diqqətinə görə minnətdaram. Çox Sevinirəm ki, mənim Azərbayacanın iqtisadi-həyatı ilə bağlı illər əvvəlki baxışlarım, proqnozlarım bugünlə səsləşir və bu qarşılıqsız qalmır.

- Bu gün 75 yaşınızı qeyd edirsiniz. İnsan yaşının üstünə yaş gələn günü uşaqlığı barədə daha çox düşünməyə başlayır, doğum günü olduğunu nə qədər sevinirsə, bir o qədər də uşaqlığı üçün darıxır. Sizin uşaqlığınız necə keçib? O günlər üçün darıxmırsınız ki?

- Uşaqlığım digər uşaqlarınkından fərqlənməyib. Mən Buzovnada böyümüşəm. Buzovna yadımda bir xüsusiyyəti ilə qalıb. O kəndə yayda çox qonaq gəlir. Çox adam bağa köçürdü. 

Lakin buna baxmayaraq hündür hasarlar yox idi. İnsanlar arasında inam və səmimilik var idi. Həyətimizdə tut ağacı var idi. Səhər tutumuzu çırpandan sonra kimin həyətində tut ağacı yoxdursa bir boşqab da onlara verirdik. 
Buzovnada o vaxtlar onlarla pioner düşərgələri var idi. Axşam həmin düşərgələrə kinoya gedirdik. Qumun üstündə oturub kinolara baxırdıq. Günlərimiz çox xoş keçirdi. O qədər oyunlarımız var idi ki... Kənd həyatı tamam başqa olur. Mən eyni zamada zəhmət adamlarını da çox görmüşəm. Çünki ətraf hamısı torpaq becərirdi, nəsə əkirdi. Bir qarış torpaq da boş qalmırdı. 

Kənddə açıq toyxanalar qurulurdu. Gedirdik, o ki var oynayırdıq. Toylarımıza ən böyük xanəndələr gələrdi, Hacıbaba kimi, Zülfi Adıgözəlov kimi, Xan Şuşinski kimi, Əbülfət Əliyev kimi... Onlar oxuyanda, danışanda bizim nəfəsimizi çəkməyə cəsarətimiz çatmazdı. Böyük-kiçik yeri bilirdik.
Biz doğrurdan da bu qeyd etdiyim nüansa çox diqqət edirdik. 50 metrdən əgər biz ağsaqqal gəlirdisə ayağa qalxırdıq. Mən taleyimdən razıyam ki, uşaqlıq illərimi firavan və xoşbəxt keçirmişəm. 

- Çox güman ki elə ilk sevginiz də Buzovnada olub. 

- İlk sevgi deyəndə ki... Çox mürəkkəb sual verirsiniz. Ola bilər uşaqlıqda baxmışıq ki, bu qız qəşəngdi, o qız gözəldi. Analar da həmişə filankəsin qızı deyib gözaltı edirdilər. Amma tale elə gətirdi ki, mən 190 nömrəli məktəbdə ansambl yaratdım. Özüm iqtisadçıyam, amma tarda yaxşı ifa edə bilirəm. Sonralar orada bir qız xoşuma gəldi. Çətin bir neçə illərdən sonra ailə qurduq. Mən hesab edirəm ki, ilk sevgim də o olub. Demirəm ki, uşaq vaxtı həddən artıq sakit olmuşuq. Qızlara da baxmışıq, amma ilk sevgim həyat yoldaşım olub.

- Dediniz ki, çətin illərdən sonra ailə qura bildiniz. Nə idi mane olan, çətinlik törədən?

- İnstitutu bitirdim, aspiranturada oxumaq Moskvaya üçün getdim. Ev yox idi, akademiyada işləyirdim, oradan ev verdilər, 81-ci ilə kimi 3 uşaqla 2 otaqlı evdə yaşayırdıq. O evin də yarısı kitab idi. Yoldaşım mənim üçün hər cür şərait yaratmışdı. Hətta elə bir mərhələ yaranmışdı ki, doktorluq dissertasiyası ərəfəsində evin bütün qab-qacaqları yeşiklərə yığılmışdı ki mənim kitablarım, əlyazmalarım üçün yer açılsın. Evə gələnlər bu vəziyyətə məəttəl qalırdılar. O vaxtlar çox əziyyətli illər idi. 31 yaşımda mən elmlər doktoru idim. Bu da ittifaq miqyasında çox nadir hadisələrdəndir. Bunu n başlıca səbəblərindən biri həyat yoldaşımın mənim üçün çox güclü şərait yaratması idi.

- Nə qədər kitabınız var?

- Mənim qələmimdən çıxan məqalələri, kitabları üst-üstə qoysaq, 100 cild olar yəqin ki. Onlar hamısı gərgin əməyin məhsuludur. Söhbət təkcə həcmdə deyil, həm də araşdırılan məsələlərin mahiyyətindədir. Dünyanı idarə edən qüvvələr deyir ki, harada iqtisadiyyat varsa orada güclü həyat var. Vəsaitin varsa, pulun varsa, onu idarə edə bilirsənsə demək ki sən daxilən zənginsən və uduzmazsan.

- O araşdırmalardan, kitablardan nə qədərini cəmiyyət üçün yararlı hesab edirsiniz?

- Mən bu əsərlərə baxıram və sevinirəm ki, Azərbaycan iqtisadiyyatının 100 ildən çox dövrünün bütün incəliklərinə aid məsələlərə toxunmuşam. 1995-ci ildə mən Azərbaycanın gələcək inkişafı ilə bağlı proqnozlar verdim, baxışlarımı bildirdim və o baxışları bu gün oxuyuram, görürəm ki, onlar indiki vəziyyətlə, indiki siyasətlə tam üst-üstə düşür. Biz 30-40 il Azərbaycan iqtisadiyyatını təhlil etdik, dünyanın modellərini öyrəndik və Azərbaycanın hansı inkişaf modelinə uyğunluğunu ilə bağlı fikirlər söylədik. Sevinirəm ki, o fikirlərin altına mən imza atmışam.

- İqtisadçı proqnozu verməzdən əvvəl nələrə diqqət etməlidir?

- İqtisadçı alimin ən başlıca vəzifəsi ondan ibarətdir ki, o bütün məsələlərə sistemli yanaşsın. Təkcə daxili amilləri deyil, qlobal amilləri də nəzərə alsın. 99-cu ildə mən iqtisadiyyat qəzetində yazı dərc etmişdim. Onda neftin qiyməti 13-14 dollar idi. Aşağı düşmə davam edirdi, müxalifət də iqtidarı danlayırdı ki, dövlət hara baxır. Amma başa düşmürdülər ki, bu bizdən asılı olan bir şey deyil. Hələ bizə əsrin müqaviləsindən gəlir gəlmirdi. Dünyanın qaydaları var, onlar neftin qiymətini belə müəyyən etmişdilər. Lakin biz 13 dollardan 100-120-ə kimi çatdıq.

- Bu ani dəyişikliklərdən siğortalanmaq üçün nə etmək lazımdır?

-Dünyada bu kimi risklər olacaq. Amma biz bu kimi riskləri hesaba almalıyıq. İnkişafımızın müxtəlif variantlarını verməliyik . Neftin qiyməti 70 dollar olanda necə ola bilər, 50 olanda necə ola bilər. İndi belə proqnozlar aparmaq imkanı var. Mən də Azərbaycanın taleyüklü problemləri ilə əlaqədar tədqiqatlar aparmışam və yanılmamışam. Bu gün deyə bilməzlər ki, Səmədzadə vaxtilə belə proqnoz vermişdi, amma özünü doğrultmadı. Azərbaycanın iqtisadi müstəqillik konsepsiyasını mən hazırlamışam. O sistemə mən başçılıq etmişəm. Dağlıq Qarabağ problemini də sosial iqtisadi tərəfdən mən tədqiq etmişəm.

88-ci ildə ermənilər deyirdilər ki, biz Azərbaycandan ayrılırıq. Səbəb kimi burada pis şəraitdə yaşadıqlarını göstərirdilər. Amma biz tədqiqatlar apardıq. Erməni millətindən olan ziyalılarla dəyirmi masa keçirdik. Moskvadan ən böyük alimlərdən olan Xaçaturovu dəvət etdik. Onun iştirakı ilə dəyirmi masa keçirdik. Sübut etdik ki, Dağlıq Qarabağda ermənilər azərbaycanlılardan da yaxşı yaşayırlar. Biz bunu sübut etməklə bu bəhanəni onların əlindən aldıq. 70-ci illərdə rayonların inkişafı ilə əlaqədar baxışlarımız var və onlar bu gün özünü tam təsdiqləyir, doğruldur. İpək yolunun Azərbaycana gətirdiyi dividentlər nə olacaq, o barədə mən 93-cü ildə hesablamalar aparmışam. Bu hesablamalar əsasında artıq fikir formalaşmışdı. 

Brüsseldə mən azərbaycan höküməti adından bəyannamə imzaladım. Bunlar sübut edir ki elmlə məşğul olmaq xoşbəxtlikdir, amma çox da məsuliyyətdir. İqtisadiyyatda bir səhv ailəni də, ölkəni də, vilayəti də uzun illər geri sala bilər. Düzgün qərar qəbul etməzsə, o qərarın zəhəri 10 illərlə özünü göstərə bilər. Necə ki, müstəqilliyin ilk illərində bizə zərbələr vurdular. Zavodları dağıtdıq, təsərrüfatlar dağıldı, indi onların əziyyətini çəkikirik.

Bilirsiniz, dövlətləri xarakterizə edəndə, dövlət başçılarının fəaliyyətlərini xarakterizə edəndə, ilk növbədə onun apardığı iqtisadi siyasətə baxırlar. Məsələn, niyə Almaniya, Sinqapur güclüdür, amma 100 milyon ton neft çıxaran Nigeriya bir qram da nefti olmayan İsveçdən 30-40 dəfə geri qalır. Səbəb nədir? Deməli Allah onlara sərvəti verib, amma sərvətdən gərək səmərəli istifadə edəsən. Əgər səmərəli istifadə etmirsənsə, sərvətin qulu olursan. Azərbaycan isə öz sərvətlərindən müstəqil istifadə edir. Bu bizimdir. Xalqın məhsuludur. Xalqın məsulu da onun tələblərinə uyğun olaraq sərf edilməlidir. Bizim kifayət qədər sərvətlərimiz və o sərvətlərdən istifadəyə dair bilgilərimiz var. Biz bu neftin sahibi olmaqla ondan səmərli istifadə edirik. 

- Yuxarıda dediniz ki, heç bir proqnozunuz səhv çıxmayıb. Demək manatın dəyərdən düşəcəyini də bilirdiniz... Bu devalvasiya məsələsində iqtisadçılar hamımızı yanıltdılar. Belə deyək ki, xalqı yuxuya verdilər. Bilərəkdənmi, bilməyərəkdənmi, onu deyə bilmərəm, amma gedişat göstərdi ki, proqnozlar hamısı yanlış çıxdı...

- Dünyanın oyun qaydaları var. Bu oyun qaydalarını əhalisi o qədər də böyük olmayan millətlər müəyyən etmir. Dünyanın oyun qaydalarını super dövlətlər müəyyən edir, onlar da bu qaydaları böyük təşkilatlarla hesablaşaraq müəyyənləşdirirlər. Neftin qiymətinin ən pik vaxtı oldu. Heç kim bunu gözləmirdi. Neftin qiymətinin rekord həddə artması heç bir qanuna uyğun bir məsələ deyildi. Birdən-birə 111-ə kimi qalxdı. Bunu da OPEK kimi dünya siyasətinin oyunçuları etdilər. Neftin qiymətinin birdən-birə aşağı düşməsi də bir oyun idi. Rusiyaya təzyiqlərin artması, Rusiya-Ukrayna münasibətləri və s. Amma eyni zamanda bu siyasətin başında super dövlətlər dayanırdı. Biz də büdcəmizi neftin qiymətinin 90 dollarda olmasına hesablamlışdıq. Belə də gedirdi. Çünki ondan qabaqkı il də neftin orta qiyməti 106 dollar olmuşdu. Bunun birdən-birə aşağı düşməsi təbii ki hamını çaşdırdı. Bizim manatımız isə yüksəlməkdə davam edirdi. Biz manatı neçə il sabit saxlamaqla Azərbaycana gələn investorların ölkəmizə marağını saxladıq. Onlar görsəydilər ki, ildən-ilə, gündən-günə valyuta dəyişir, onlar Azərbaycana inana bilməzdilər. 

- Bəs nə dəyişdi ki, birdən birə manatı başlı-başına buraxmaq qərara alındı?

- Biz manatı valyuta ehtiyatlarımız olduğu üçün sabit saxlaya bilirdik. Valyuta ehtiyatlarımız olmasaydı, təbii ki, biz uduzardıq. Buna yastıq deyirlər. Bizi 50 mlrd. valyuta ehtiyatlarımız xilas etdi, amma hamımız bilirdik ki, manat dollardan güclü ola bilməz. Çünki dünyanı dollar idarə edir. Amerika nə istəyir onu edir. Biz manatın sabitliyini olduğu kimi saxlasaydıq, valyuta ehtiyatlarımız tükənə bilərdi.

- Ziyad müəllim, manatın devalvasiyası ölkə iqtisadiyyatında çox ciddi hadisə oldu. Amma təəssüf ki, bu məsələdə sizin heç bir proqnozunuza rast gəlmədik. İnsanlarda bu məsələylə bağlı çox ciddi narahatçılıqlar var. Dolların fantastik həddə qalxacağı şayiələri insanları təşvişə salır. Burda daha çox gənc iqtisadçıların məsuliyyətsiz açıqlamaları da az rol oynamır. Belə bir vəziyyətdə gərək sizin kimi alimlər, iqtisadçılar öz proqnozlarını versinlər, insanlarımız bu şayiələrin məngənəsindən qurtulsunlar.

- İqtisadçı qlobal təfəkkürlü, lokal qərarlı olmalıdır. Düşünməlidir ki, mənim dövlətimin ətrafında hansı proseslər baş verir? Amma bu məsələlər barədə tez-tez informasiya vermək düzgün deyil. İqtisadiyyat o qədər mürəkkəb və incə sahədir ki, orada hər sözün böyük mənası var. İqtisadçı var deyir ki, görərsiniz bir neçə gün sonra məsələlər necə olacaq. Mən onlara etiraz edirəm. Bu insanları çaşdırmaqdır. Adi bir məsələyə tez proqnoz vermək məsuliyyət tələb edir. Bu çağırışın arxasında milyonlarla insanın bazara tələbi durur. Təəssüf ki, bu arada ikili fikirlər oldu. Bu, millətin qədrini bilməməkdən irəli gəlir. Millətini sevən adam belə şeylər deyə bilməz.

Bəsit proqnozlar verənlərə mənim yazığım gəlir. Yazığım gəlir və hesab edirəm ki, onlar məsuliyyətlərini dərk etmirlər. 

-Məsələn kim?

- Ad çəkmək istəmirəm. Amma ağıllı iqtisadçı sistemli təhlil edər və danışar. Sovet dövründə planlaşma var idi. İndi isə bəziləri deyir planlaşma sözünü işlətməyək. Amma dünya deyir ki, planlaşma olmadan iş görmək olmaz. Radikal islahatçılar deyirlər ki, dövlət bazara müdaxilə etməməlidir. Bəs necə oldu ki, dünya böhranı vaxtı əvvəlcə “Yeddilər” yığışdılar ki, böharandan çıxış yolu tapsınlar. Qarışmırsansa niyə yığışmısan? Mən deyirəm ki, beynəlxalq təşkilatlara qulaq asaq, amma o mənim milli mənafelərimə cavab verirsə, əməl edək, yox əgər cavab vermirsə, o zaman öz bildiyimiz kimi davranaq.

// AzNews.az //

OXŞAR XƏBƏRLƏR