Millimiz macarlara qarşı

Millimiz macarlara qarşı

Bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü tura yekun vurulacaq.

"Qafqazinfo” xəbər verir ki, turun son oyun günündə 13 qarşılaşma baş tutacaq.

E qrupunda qərarlaşan Azərbaycan millisi doğma azarkeşləri önündə Macarıstan yığmasını qəbul edəcək. Qrupun ilk oyununda Xorvatiyaya 1:2 hesabı ilə uduzan seçməmiz macarlarla oyunda xal və ya xallar qazanmağa çalışacaq.

Günün maraqlı qarşılaşmalarından biri isə Konyada baş tutacaq. Burada Türkiyə millisi son dünya çempionu olan Fransa yığmasını qəbul edəcək. Hər iki komandanın aktivində 6 xal olduğunu nəzərə alsaq, qarşılaşmanın gərgin və maraqlı keçəcəyini düşünmək olar.

Qeyd edək ki, bu komandalar sonucu dəfə 10 il öncə Fransanın Lion şəhərində üz-üzə gəlib.

8 iyun

Avro-2020 seçmə mərhələsi

C qrupu

20:00. Estoniya - Şimali İrlandiya

22:45. Belarus - Almaniya


E qrupu

17:00. Xorvatiya - Uels

20:00. Azərbaycan - Macarıstan

 

H qrupu

17:00. İslandiya - Albaniya

20:00. Moldova - Andorra

22:45. Türkiyə - Fransa


 
I qrupu

20:00. Rusiya - San Marino

22:45. Belçika - Qazaxıstan

22:45. Şotlandiya - Kipr


J qrupu

20:00. Ermənistan - Lixtenşteyn

20:00. Finlandiya - Bosniya və Herseqovina

22:45. Yunanıstan - İtaliya


 

 

OXŞAR XƏBƏRLƏR

Türkiyə millisində ciddi İTKİLƏR

Türkiyə millisi ciddi itkilərlə üzləşib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"da forma geyinən Uğurcan...

Başını 120 dərəcə geriyə çevirə bilən "Bayquş Adam" - FOTO

Təsəvvür edin ki, 1920-ci illərdə sirkə gedirsiniz, səhnədə kimsə arxasını sizə tutub qəfildən başını tamamilə çevirib gözünüzə baxır. Bunu edərkən ən kiçik bir...

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...