Azərbaycanlı ər-arvadı öldürən qatil evin divarına elə sözlər yazdı ki... - TƏFƏRRÜAT

Azərbaycanlı ər-arvadı öldürən qatil evin divarına elə sözlər yazdı ki... - TƏFƏRRÜAT
 Qardabanidə azərbaycanlı qoca ər-arvad qəddarlıqla qətlə yetirilib.

"Qafqazinfo” xəbər verir ki, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.

Öldürülən şəxslərin sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.

Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub. Belə ki, evin divarında "Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.

İskəndər Musayev və Şəfiqə Musayevanın Rusiyadaki oğlu Mübariz Musayev ata və anasının pul üstündə öldürüldüklərini deyib:

"Bizim ailənin düşməni yoxdur. Mən əminliklə deyə bilərəm ki, baş verən qətil hadisəsi pul üstündə olub. Çünki atamın evdə doqquz min lari və min dollar pulu olub və bunu da bir neçə nəfər bilib. Atamgil həmin pulu evdə yastığın içinə qoymuşdu. Həmin pul və evdən atamın telefonu aparılıb”.

M.M bildirib ki, divara yazılan sözlər iz itirmək məqsədi daşıyıb.

Daxili İşlər Nazirliyində xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR