Heydər Əliyev Mərkəzində sərgi

Heydər Əliyev Mərkəzində sərgi

Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərini izləmək mümkündür. 

Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, ziyarətçilər burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən Muzeylə, Azərbaycan mədəniyyəti və ənənələrini, memarlıq abidələrini əks etdirən sərgilərlə (“Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”) tanış ola bilərlər.

Mərkəzdə, həmçinin müxtəlif ölkə və xalqların incəsənət nümunələri təqdim olunur. Sənətsevərlər burada belçikalı rəssam Vim Delvuanın əsərlərini, “Qreys Kelli: şahzadə və stil ikonası” və Türkiyənin görkəmli rəssamlarının sərgilərini izləyə,  yapon rəssam Yayoi Kusama, böyük britaniyalı heykəltəraşlar Toni Kreqqin “Nəzər nöqtələri” və Aniş Kapurun “Parabolik bükülmə” əsərlərinə tamaşa edə, “Ceyranlar”, “Gracking art” sərgiləri ilə tanış ola bilərlər. Ziyarətçilər “Klassik avtomobil sərgisi”ni izləməklə avtomobil sənayesinin inkişaf tarixinə ekskursiya edəcəklər.

Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasındakı əsərlər sırasına daha bir neçə əsər daxil olub. İzləyicilər hazırda Mərkəzdə Jaume Plensanın “Avtoportret”, Jan-Mişel Otonyelin “Adsız (Özü taxılan qara boyunbağı)”, Mariko Morinin “Tsiklik-1” əsərlərini izləyə bilərlər.

Mərkəzdəki Muzey və sərgilər çərşənbə axşamı-cümə günlərində saat 11:00-dan 19:00-dək, şənbə-bazar günləri saat 11:00-dan 18:00-dək açıq olur. Kassa isə çərşənbə axşamı-cümə günlərində saat 11:00-dan 18:00-dək, şənbə-bazar günləri saat 11:00-dan 17:00-dək işləyir.

Qeyri-iş günləri ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki Muzey və sərgilər iyunun 26-sı, 27-si və 28-də saat 11:00-dan 18:00-dək işləyəcək. Kassa isə qeyd olunan günlərdə saat 11:00-dan 17:00-dək açıq olacaq.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...