“Dəmir qız”: Evlənəcəyim şəxs fəxr etməlidir ki, bara yox, zala gedirəm - VİDEO

“Dəmir qız”: Evlənəcəyim şəxs fəxr etməlidir ki, bara yox, zala gedirəm - VİDEO

Bir müddətNiderlandda məşq etdikdən sonra Bakıya qayıtmış,Azərbaycanı peşəkar MMA-da təmsil etmiş "Dəmir qız”("Iron Girl”) Suad Səlimovanın Oxu.Az-a müsahibəsi:

– Əvvəlcə oradan başlayaq ki, adınızı kim qoyub, mənası nədir?

– Suad ərəb ismidir, "xoşbəxtlik” deməkdir. Anamın bu addan xoşu gəlirmiş, mənə o qoyub.

– İdmana nə vaxt başlamısınız?

– 16 yaşım olanda. Uşu-sanda ilə məşğul olmağa başladım. İlk məşqçim Ramin Allahverdiyev olub.

Amma bildiyimizə görə, əvvəllər gimnastika və karate ilə də məşğul olmusunuz...

– Bəli, kiçik olanda anam mənim gimnastika ilə məşğul olmağımı istəmişdi. Amma sonra gördüm ki, bu, çox incə bir idman növüdür və mənlik deyil. Məktəbdə qızlar mənə qarşı sərt idi. Onda başa düşdüm ki, mən çox incə qızam və bir qədər kobud olmalıyam. Ondan sonra karateyə keçdim. Həm də bu, mənim genimdən irəli gəlirdi. Çünki atam gənc ikən karate üzrə qara kəmər sahibi olub.

Karateyə keçəndə isə mənə qarşı pis reaksiya oldu. Qardaşım deyirdi ki, bu idman növü qızlar üçün deyil. Amma sonragördü ki, bu, məni çox xoşbəxt edir və bundan sonra mənə mane olmadı. İndi mənə inanır və dəstəkləyir.

– Niyə karateni davam etdirmədiniz?

– Çünki xoşum gəlmədi. Cəmi iki ay məşq etdim. Ancaq ayaqlarla döyüşməyi sevmirəm. Əl-ayaq zərbələri olduğu üçün uşu-sandaya, daha sonra isə kikboksinqə keçdim. Beşqat Azərbaycan çempionuyam. İndi isə MMA-dayam.

– Bir il Hollandiyada – Amsterdamda yaşamısınız. Necə oldu ki, Hollandiyaya getdiniz?

– Birinci dəfə ora üç aylıq təlim-məşq toplanışına tək getmişdim. Eşitmişdim ki, orada kikboksinq yaxşı inkişaf edib. "Mike Gym”də məşq edirdim. Orada olanda müəllimim Mayk mənə Belçikada kikboksinqdə ikinci peşəkar döyüş keçirməyimə şərait yaratdı. Elə oldu ki, onların zalını, məşq sistemini bəyəndim. Bakıya qayıtsam da, sonra ailə vəziyyətinə görə anamla ora köçdük. Amma orada müvəqqəti yaşayırdıq. İlk dəfə Azərbaycandan bir idmançı onların zalında məşq edirdi. Oradakılar da məni çox sevirdi. Çox şad oldular ki, Azərbaycandan da bir qız orada məşq keçir.

– Bu, həm də bir neçə dəfə Zabit Səmədovla döyüşmüş Badr Harinin məşq keçdiyi zaldır?

– Bəli. Onu orada görüb şəkil də çəkdirmişəm. Məşhur idmançı olmasına baxmayaraq, çox sadə insandır. Mənim Azərbaycandan olduğumu biləndəZabit Səmədovu xatırladı.

– Peşəkar kikboksinqdə ən yüksək turnirlərdən biri "Glory” sayılır. Orada iştirak etmək şansınız necədir?

– Şans həmişə var. Əsas odur ki, irəli gedəsən və bunu istəyəsən. Buna inanmaqla bərabər, çox məşq etməlisən. Maykın "Glory” ilə çox yaxşı əlaqələri var. Ancaq mənim əsas fikrim MMA-dır. UFC və ya "Bellator”da öz gücümü sınamaq istəyirəm.

– Ötən ilin dekabrın 22-də İtaliyanın paytaxtı Romada ilk peşəkar MMA döyüşünüzü keçirdiniz. Bu barədədanışardınız...

– Rəqibim yerli idmançı Maria Vittoria Kolonna idi. Onun, məndən fərqli olaraq, təcrübəsi vardı. Bu, onun peşəkar MMA-da altıncı döyüşü idi. Onun təcrübəsinə baxmayaraq, istəyirdim ki, peşəkar MMA-da necə vuruşduğumu görüm. İlk dəfə qəfəsdə – oktaqonda döyüşdüm. Əslində, yaxşı çıxış etdim. Üç raund – 15 dəqiqə vuruşdum. O qız iki dəfə məni nokdaun etdi. Bunun nəticəsində hakimlər xalı ona verdilər. Amma mən o döyüşdən sonra özümü yaxşı hiss etdim və başa düşdüm ki, MMA mənim üçündür.

– Bundan sonra sizəMMA-da hansısa döyüşdə iştirak etmək təklifigəlibmi?

– May ayında Bolqarıstanda döyüşmək təklifi olmuşdu. Ammadedim ki, mənə bir az vaxt lazımdır. MMA-da ancaq zərbə vurmaqla alınmır. Mənə qrapplinqi (güləşə oxşar idman növü – S.M.) də öyrənmək lazımdır. Yaxşı güləşməliyəm ki, qalib gələ bilim. İndi Bakıdayam, bura qrapplinq, güləş şəhəridir. Hazırda öz güləşimi inkişaf etdirirəm. Bakıya yeni gəlmişəm. Bəlkə, Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovla da görüşdüm.

– Sponsorlarınız varmı?

– İki sponsorum var. Onlar məni geyim və idman içkiləri ilə təmin edirlər. Ümid edirəm ki, kimsə mənə yenə sponsorluq edəcək. Çünki pulsuz mümkün deyil. Bununla belə, özüm də işləyirəm.

– İdmandan kənar nə işlə məşğulsunuz?

– İngilis və fransız dillərindən dərs deyirəm. Həm Bakıda, həm də Amsterdamda olanda şagirdlərim olur. Hollandiyada rus dilini öyrənmək istəyənlər də müraciət edir. Aya təxminən üç tələbəm olur. Bakı Slavyan Universitetinin"Regionşünaslıq” fakültəsini bitirdiyimdən, bu dilləri bilirəm. Fransız dili ən sevimli dilimdir. Bunu kurslarda öyrənmişəm. Məncə, dünyanın ən yaxşı dili fransız dilidir.

– Bizdə kikboksinq millimizdə türkiyəli Fatma Nehir Rəcəbzadə çıxış edir. Əvvəl onunla rinqdə üz-üzə gəlmisiniz?

– 2016-cı ildə onunla Respublika çempionatında üz-üzə gəlmişik. 52 kq çəki dərəcəsində finalda onu məğlub etmişəm.

– Peşəkar MMA-da yeganə döyüşçümüzsünüz. Bu, hansısa məsuliyyət yaratmır?

– Çox böyük məsuliyyətdir. Həmişə Azərbaycan bayrağı üçün döyüşəcəyəm. Hansı ölkədə olsam da, vətəndaşlığımı dəyişmək istəmirəm və ancaq Azərbaycan adından döyüşmək istəyirəm. Göstərə bilirəm ki, qadın da döyüşə bilər. Çox adam deyir ki, MMA qızlar üçün deyil. Amma mən böyük bir nümunə olmaq istəyirəm ki, qadın gözəl də ola bilər, çox güclü də.

– Sonda şablon suallardan birini verim. Özünüzə bəy seçmək imkanınız olsa, sonra idmanınıza mane olmayan birinə üstünlük verəcəksiniz?

– Gələcəkdə mənə problem yaradacaq kişini heç vaxt seçməyəcəyəm(gülür).Gələcək həyat yoldaşım idmançı da, pilot da ola bilər. Ancaq məni qəbul edən biri olmaldır. Qısqanc kişi mənə lazım deyil. Əksinə, o, mənimlə fəxr etməlidir ki, hər gün barlara, klublara yox, idman zallarına gedirəm. Oqısqancdırsa, bizdə alınmayacaq.

–"Instagram”da üçminə yaxın izləyiciniz var. Oğlanlarsizə yazanda nə cavab verirsiniz?

– Çoxlu kompliment, neqativ şeylər yazan da olur. Amma mənfi şeylərə cavab vermirəm. Çünki əsəblərimi qoruyub-saxlamalıyam(gülür).

 


 


OXŞAR XƏBƏRLƏR

Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı İLGİNC ADDIM

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.   Sfera.az xə...

Türkiyə millisində ciddi İTKİLƏR

Türkiyə millisi ciddi itkilərlə üzləşib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"da forma geyinən Uğurcan...

Başını 120 dərəcə geriyə çevirə bilən "Bayquş Adam" - FOTO

Təsəvvür edin ki, 1920-ci illərdə sirkə gedirsiniz, səhnədə kimsə arxasını sizə tutub qəfildən başını tamamilə çevirib gözünüzə baxır. Bunu edərkən ən kiçik bir...

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....