Sürücülərə ŞAD xəbər: Zolağa girənlərin cəriməsi ləğv edilə bilər

Sürücülərə ŞAD xəbər: Zolağa girənlərin cəriməsi ləğv edilə bilər

Millət vəkili Fazil Mustafa: «Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə anlayışla yanaşacaq və sürücülərə qarşı xoşməramlı bir addım atılacaq»

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa I Avropa Oyunlarının başa çatması münasibətilə təklif irəli sürüb. F.Mustafa Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanın möhtəşəm bir yarışa ev sahibliyi etməsi, üstəlik idmançılarımızın bu oyunlarda qürurverici çıxışı hamımızın ürəyindən oldu: "Bu oyunların təşkilində, ölkənin yaxşı imicinin formalaşmasında müxtəlif təbəqələrdən olan çox sayda vətəndaşlarımızın xidməti oldu. Bu vətəndaşların içində, məncə, peşəsindən asılı olmayaraq avtomobil idarə edən sürücülər və yollarda gecə-gündüz ən sərt istidə belə öz vəzifə borcunu yerinə yetirən polislər xüsusi olaraq qeyd edilməlidir. Şəhərə giriş-çıxışın məhdudlaşdırılması, qadağanedici zolaqların tətbiqi ən çox sürücülər üçün narahatlıq yaradırdı. Ancaq sürücülərin əksəriyyəti əslində böyük fədakarlıq göstərdilər, qaydalara əməl edərək yarışlarda daşınmaların normal tənzimlənməsinə yardım etdilər".

F.Mustafa qeyd edib ki, bir neçə gündən sonra Polis Günü qeyd olunacaq və yəqin ki, oyunlar zamanı vəzifə borcunu yaxşı yerinə yetirmiş polislərin zəhməti lazımi səviyyədə qiymətləndiriləcək: "Düşünürəm ki, Avropa Oyunlarında uğurlarımızı və sürücülərin əksəriyyətinin intizamlı davranışını nəzərə alaraq, oyunlar ərəfəsində və oyunlar zamanı qadağanedici zolaqlarda hərəkətə görə inzibati məsuliyyət çərçivəsində sürücülərə qarşı başladılan bütün inzibati icraat işləri dayandırılsın və anlaşılan dillə desək, bütün sürücülərin Avropa Oyunları ilə əlaqəli yol hərəkətində tətbiq edilən qaydaları pozmağa görə ödəməli olduğu cərimələr ləğv edilsin. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə anlayışla yanaşacaq və sürücülərə qarşı xoşməramlı bir addım atılacaq". 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...