Güləşçimiz ermənini məğlub etdi

Güləşçimiz ermənini məğlub etdi

Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev İspaniyanın Pontevedra şəhərində start götürən gənclər arasında Avropa çempionatında Ermənistandan olan rəqibinə qalib gəlib.

Report xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan Vəliyev 1/8 final qarşılaşmasında Hakob Baqdasaryana heç bir şans verməyib - 9:0. O, daha əvvəl təsnifat görüşündə finlandiyalı Juho Matias Pahikayneni də eyni hesabla udub. 1/4 finalda onun rəqibi macarıstanlı David Losonşi olub.

55 kq çəkidəki Zaur Əliyev də adını yarımfinala yazdırıb. O, ilk görüşdə bolqarıstanlı Denis Krasimirov Demirova 9:0, 1/4 finalda danimarkalı Nikolay Soheyl Məhəmmədiyə 12:1 hesabı ilə qalib gəlib. Yarımfinalda Əliyevin rəqibi gürcüstanlı Pridon Abuladze olacaq.

63 kq-da Zaur Nuriyev 1/5 finalda portuqaliyalı Daniel Moraiş Kaldaşı 36 saniyəyə məğlub edib - 8:0. 1/4 finalda rəqib gürcüstanlı Leri Abuladze olacaq.

77 kq-da Nəsir Həsənov debütdə ukraynalı Dmitri Vasetskiyə 3:6 hesabı ilə uduzub.

130 kq-da isə Sərxan Məmmədov ilk görüşdə çexiyalı Markel Albiniyə 12:3 hesabı ilə qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Atilla Vitekə yenilib.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...