Homoseksuallara ciddi dəstək - Fotolar

Homoseksuallara ciddi dəstək - Fotolar

ABŞ-da Ali Məhkəməmin homoseksualların qanuni nikah hüququnu təmin etməsinə 40-dan çox məşhur marka və təşkilatlar loqolarını rəngləyərək dəstək verib. 

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəstəkçilərdən biri sosial video platforması “You Tube” olub. Belə ki, dəstək üçün video hazırlayan təşkilat ABŞ-ın düzgün istiqamətdə bir addım atdığını qeyd edib. 

“Starbucks” kofe şirkəti hadisəni qürurverici dəyərləndirib və #LoveWins haştaqı ilə dəstək verərək sevginin qalib gəldiyini ifadə edib. 

Şəkil Dəstəkçilərdən biri də son illərin reytinqli seriallarından olan “Game of Thrones”dir. Qəhrəmanlarından birinin obrazını LGBT bayrağı fonunda verən serial haştaqlarla da dəstək olub.

Məşhur şokolad firması “SNICKERS” olduğun kimi qal şüarını seçib. 

HTC “Qürur duyacağın həyatı yaşa” şərhi ilə mobil telefonlardan hazırladığı foto ilə dəstək verib. 

Məşhur pivə markası “Miller Lite” də sevginin qalib gəldiyini ifadə edib. 

“Visa” məhəbbətin hər yerdə qəbul olduğunu bəyan edib. Geyim markası GAP 1969-cu ildən tərəftarı olduğunu və hər zaman bərarərlik istəyən tərzi ilə seçildiklərini vurğulayıb. Öz rəngarəng loqoları ilə qərara dəstək olan digər marka və təşkilatlar. 


OXŞAR XƏBƏRLƏR