Ləğv edilən avtobus marşrutları bərpa edilir

Ləğv edilən avtobus marşrutları bərpa edilir

Nəqliyyat Nazirliyi "Bakı-2015"lə bağlı ləğv edilən avtobus marşrutlarını bərpa edir. 

 Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov məlumat verib:

“1-ci Avropa Oyunları ilə bağlı tətbiq edilən qaydalar mayın 29-dan iyunun 30-a kimi nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, həmin tarixə hələ 3-4 gün var. Amma iyulun 1-dən ləğv olunan marşrutlar bərpa ediləcək”.

Azərbaycana çoxsaylı turistlərin gəlməsi və yarana biləcək tıxacların qarşısının alınması üçün bir neçə avtobus marşrutu ləğv edilib, bəzilərinin istiqaməti dəyişdirilib. Məsələn, 14 saylı marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 20, 188, 53, 90, 83 saylı marşrutlar ləğv edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı marşrutun hərəkəti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.

70 saylı marşrutun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb. 82 saylı marşrutun istiqaməti qısaldılıb və sairə.


OXŞAR XƏBƏRLƏR