Nüfuzlu təhsil eksperti: Azərbaycan bir çox türk universitetlərinin diplomunu tanımamalıdır

Nüfuzlu təhsil eksperti: Azərbaycan bir çox türk universitetlərinin diplomunu tanımamalıdır
Azərbaycanın bəzi ali məktəblərinin diplomlarının Türkiyə Yüksək Öyrətim Kurulu (YÖK) tərəfindən tanınmaması barədə informasiyalar ciddi müzakirələrə səbəb olub. Təhsil üzrə ekspert Kamran Əsədov bu barədə Sfera.az-a açıqlamasında bildirib ki, əslində YÖK Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrini tanımır. Yəni 51 universitetimizin 40-a yaxını YÖK-ün tanıdığı universitetlər siyahısında yoxdur:
 
"Türkiyədə 15 min azərbaycanlı gənc təhsil alır. Azərbaycanda isə təhsil alan 5124 əcnəbi tələbədən 2754-ü Türkiyə vətəndaşıdır. Ölkəmizin ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə 2050 nəfər, magistratura səviyyəsi üzrə 176, doktorantura səviyyəsi üzrə 104 Türkiyə vətəndaşı təhsil alır. Qalanlar dil kursları, qısamüddətli mübadilə proqramları çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil almaqdadırlar. Türk vətəndaşları özəl yox, hətta ən nüfuzlu Azərbaycanın dövlət universitetini bitirib öz ölkəsinə gedəndə diplomunun tanınması ilə bağlı ciddi problemlər yaşayırlar”. Kamran bəyin sözlərinə görə YÖK ilə 3 gündür aparılır, amma hələ ki heç bir məlumat yoxdur. Aprel ayından başlayaraq ancaq şifahi məlumatlar verilir: "Deyək ki, YÖK hansısa Azərbaycan Universitetinin diplomunu tanımır və öz ölkəsində təhsil almasını istəmir. Nə olacaq? Heçnə! O şəxs də Avropa və Amerikada başqa ölkədə təhsilini davam etdirməyə gedəcək. Türkiyə yüzlərlə tələbəni itirəcək, Avropa, Amerika isə qazanacaq”.
 
Ekspert qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın illər üçün ölkəsinə gələcək xarici tələbələrin sayının 250 min olmasını hədəfləyib, amma görünən odur ki, YÖK bu siyasətə mane olmaq istəyir: "Azərbaycan tələbəsi magistr, doktorantura təhsilini Türkiyədə yox, başqa ölkələrdə davam etdirəcək və nəticədə onlar itirəcək. YÖK Azərbaycan Universitetləri ilə bağlı, onların tanınmaması ilə bağlı mütəmadi siyahı tərtib edir və hər 6 ayda və o siyahıya öz istəyinə uyğun olaraq artırma və azaltma edir, kimisə daxil edir, kimisə çıxarır və bu sirli bir siyasətə əsaslanır. Belə yanaşma tərzi doğru deyil”. Kamran Əsədov təklif edir ki, Türkiyənin bu addımına qarşı Azərbaycan tərəfi də adekvat addımlar atmalıdır: "Nə qədər Azərbaycan universitetinə əngəl törədilirsə, O qədər də Türkiyə universiteti əngəllənməlidir və qardaşlarımız anlamalıdır ki, biz müstəqil ölkəyik bə bizə üstdən aşağı baxmaq olmaz. Bəlkə bizim də Türkiyənin dövlət və özəl universitetlərinin diplomlarının tanınması ilə bağlı əməli addım atmağımıza ehtiyac var?” Eskpert sonda onu qeyd edib ki, Azərbaycan universitetlərində vəziyyətin necə olduğunu hər halda Azərbaycan dövləti və Azərbaycan təhlükəsizlik orqanları daha yaxşı bilir və nəzarətdə saxlayır: "Buna görə də istər YÖK, istərsə də hər hansı başqa ölkənin təşkilatı Azərbaycan universitetlərini ittiham edirsə buna reaksiya vermək lazımdır. Bir-birimizi didib parçalamaq əvəzinə hamılıqla haqq-ədalətə nail olmaq və hətta məhkəmələrə müraciət etməyə çəkinməmək lazımdır. Çünki hər hansı şübhə vəya ittihama görə on minlərlə tələbə və məzunu olan qurumları sual altına almaq yolverilməzdir”.
 
Rəşad

OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...