Kəmaləddin Heydərov Göyçay rayonunda şikayətçilərini qəbul edib

Kəmaləddin Heydərov Göyçay rayonunda şikayətçilərini qəbul edib

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Göyçay rayonunda şikayətçilərini qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 30-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb və daha sonra nazir onların yaşadığı əraziyə baş çəkib müvafiq göstərişlər verib.

Sfera.az-ın xəbərinə görə, nazirliyin müvafiq struktur rəhbərlərinin, Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının  fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.

Vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verən nazir daha sonra məcburi köçkünlərin məskunlaşdıqı Atatürk 100 unvanında yerləşən 18 ailənin mənzil şəraiti ilə maraqlanıb və burada həmin ailələr üçün yeni yaşayış binasının inşa ediləcəyini və məcburi köçkünlərin həmin ərəfədə sığınacaqlara yerləşdiriləcəyini də bildirib.


OXŞAR XƏBƏRLƏR