Nazirlikdən diplomların Türkiyədə tanınmaması ilə bağlı - AÇIQLAMA

Nazirlikdən diplomların Türkiyədə tanınmaması ilə bağlı - AÇIQLAMA
 

Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

 

Oxu.Az-ın məlumatına görə, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın dəqiq olmadığını deyib:

"Türkiyə tərəfindən hansısa universitetlərimizin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb. Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Hər bir Azərbaycan universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsilin keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək”.

 

Qeyd edək ki, Türkiyədə magistratura təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Texnologiya Universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...