“... Onunla sevgiliyik, bundan sizə nə?”- Aparıcı Vüsalə

“... Onunla sevgiliyik, bundan sizə nə?”- Aparıcı Vüsalə
Teleaparıcı Vüsalə Kərimova prodüseri olduğu müğənni Yaşar Cəlilovla sevgili olması haqda yayılan məlumatlara münasibət bildirib. 

Qafqazinfo”nun məlumatına görə, teleaparıcı sosial şəbəkədə yayılan xəbərlərin əsassız olduğunu vurğulayıb:

“Çox əsəbi və gərginəm. Qələt edib bir də üstümə gəlməyin. Deyək ki, Yaşarla sevgiliyik, bundan sizə nə? Kimsiniz? Həyat yoldaşınızı əlinizdən almışam?  Yoxsa məni nəslinizdəki tərbiyəli xanımlar kimi gündə biri ilə tutmusunuz? Nədi sizi yandıran? Mal mənim, mülk mənim, sizə nə? 

Gözünüz Yaşardadırsa, onun da gözü başqasındadırsa, gedin özünüzə başdan-ayağa baxın. Qüsurlarınızı düzəldin ki, sizi seçsin. Allaha şükür olsun ki, mənim nə sevməyə, nə də sevilməyə ehtiyacım var. Ətrafım, yaxınlarım, doğmalarım, dostlarım məni sevir, çünki sevilməyə layiqəm, o sevgini təmiz qəlbimlə qazanmışam! Sizin kimi içim kin-küdurətli deyil. Həyatdan zövq ala-ala yaşayıram, haqqımdır, boyumdan uzun, dağboyda balam var! Bu mənə yetər! Sizlərə yazığım gəlir, mənim qeybətimi edincə, kimlə harada necə oturub durduğumu özünüzə dərd edincə, həyatınızı qurun. Mən heç vaxt acığ verməyəcəm, kifayət qədər mükəmməl qadınam. Yaşamaq,  xoşbəxt olmaq mənim də haqqımdır, amma kiminlə, harada, necə, onu siz heç vaxt bilməyəcəksiz”. 


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İs...

Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralandı

Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb.   Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.  ...

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...