\"Lotu Quli\"nin nəzarətçisi HƏBS EDİLDİ: 10 milyon avroluq söhbət

\
"Lotu Quli”nin tərəfdarının həbs edilməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

41 yaşlı Zaur Novruzov biznesmen faəliyyəti ilə də məşğul olub.

Belə ki, onun Tolyatti şəhərinin Yaqubnaya kəndində avtomobil təmiri sexi fəaliyyət göstərib. Bundan başqa, Zaur Novruzovun böyük "Almaz” çörək və şirniyyat müəssisəsi də olub.

Bildirilir ki, Z.Novruzov Samara, Tolyatti və Sizran şəhərlərinə "Lotu Quli” tərəfindən "nəzarətçi” təyin olunub.

Mənbə qeyd edilib ki, 2015-ci Kamal Quliyev adlı biznesmenin qaçırılmasında iştirak edib. Ondan 10 milyon avro girov pulu tələb olunub.

10:03

Krimanal aləmdə "Lotu Quli" kimi tanınan qanuni oğru Nadir Səlifovun adamları həbs edilib.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, qanuni oğrunun Samara şəhəri üzrə "nəzarətçi"si 41 yaşlı Zaur Novruzov və milliyyətcə rutun olan Dağıstan Bayramov adlı şəxs həbs ediliblər.

Belə ki, Zaur Novruzovun idarə etdiyi "Mercedes 600" markalı avtomobil Yol Polisi və Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərində və avtomobilində axtarış zamanı külli miqdarda narkotik maddə - kokain torbaları və silah tapılıb.

OXŞAR XƏBƏRLƏR