Bakıda Avropa Liqasının finalı keçirilir - YENİLƏNİR

Bakıda Avropa Liqasının finalı keçirilir - YENİLƏNİR
Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulur. 

Sfera.az xəbər verir ki, final qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək.

Həlledici görüşdə azarkeşlər möhtəşəm London derbisinə şahidlik edəcəklər. İngiltərənin iki nəhəng komandası "Çelsi" ilə "Arsenal" paytaxtımızda münasibətlərinə aydınlıq gətirəcək.

"Çelsi" rəqibdən fərqli, Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığından, "Arsenal" üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edir. Çünki Unay Emerinin yetirmələri yalnız bu yolla gələn mövsüm ÇL-də iştirak hüququ qazanacaq. Bununla Emeri həm də tarixə düşə bilər. "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis bu gün Bakıdan eyni nailiyyətlə ayrılsa, turnirin 4 qat qalibi olacaq və yeni rekorda imza atacaq.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. "Çelsi"də Ruben Loftus-Çek, Kallum Hadson-Odoi, Antonio Rüdiger və Etan Ampadu Bakıda meydana çıxa bilməyəcək. Müdafiəçi Qari Keyhill və yarımmüdafiəçi Nqolo Kantenin durumu isə qeyri-müəyyəndi.

"Arsenal"a gəlincə, "topçular"da Aaron Remsi, Denis Suares, Ektor Bellerin, Rob Holdinq və Henrik Mxitaryanın komandaya kömək etməyəcəyi dəqiqdi. Hücumçu Danni Uelbekin iştirakı isə sual altındadı.

Avropa Liqası
2018/19 mövsümü
Final

29 may
23.00 Çelsi (İngiltərə) - Arsenal (İngiltərə)
Çelsi (Gözlənilən heyət): Kepa Arrisabalaqa, Sesar Aspilikueta , Andreas Kristiensen, David Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar.
Arsenal(Gözlənilən heyət): Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett.
Hakimlər: Canluka Rokki, Filippo Meli, Lorentso Manqanelli, Daniel Orsato (İtaliya).
Bakı Olimpiya Stadionu.

OXŞAR XƏBƏRLƏR

Türkiyə millisində ciddi İTKİLƏR

Türkiyə millisi ciddi itkilərlə üzləşib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"da forma geyinən Uğurcan...

Başını 120 dərəcə geriyə çevirə bilən "Bayquş Adam" - FOTO

Təsəvvür edin ki, 1920-ci illərdə sirkə gedirsiniz, səhnədə kimsə arxasını sizə tutub qəfildən başını tamamilə çevirib gözünüzə baxır. Bunu edərkən ən kiçik bir...

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...