Səməd Seyidov Poznerə şeir yazdı: "O, ruhunu Şeytana satdı"

Səməd Seyidov Poznerə şeir yazdı:

Bu günlərdə rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibsində deyib ki, Dağlıq Qarabağa getmək istərdi. Bundan əlavə, Pozner ermənilərə böyük simpatiya ilə yanaşdığını, onları "çox ağıllı” hesab etdiyini deyib. "Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir”, - o bildirib.

Poznerin bu fikirlərinə Azərbaycandan Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov cavab verib, özü də şeirlə. Deputat rus dilində yazdığı şeiri redaksiyamıza göndərib.

Sfera.az Virtualaz.org-a istinadən onun şeirinin hərfi tərcüməsini oxuculara çatdırır:
 

Azərbaycanlılar başa düşməlidir ki

Pozner çoxdan vurulub

Və qəlbi ermənilərə verilib

Və özü onların qabağında əyilib

 

Daha nə etmək olar ki, başa düşürük

O, seçimini edib, artıq gizli deyil

Fikirlərini gizlətmədən, oynatmadan

O, qəlbini bizə açmağı qərara alıb

 

Budur, mən də həmin şeyi edirəm

Seçimimdə qətiyəm, gizlətmirəm

Deyirəm ki, Poznerin işi deyil

Torpağın kimin olduğu haqda hökm versin!

 

Holokost həqiqətləri kimi bilərək

Qarabağa səyahət arzu etmək

Harada ki Xocalı yanaraq

Haraya və külə çevrildi

 

O xalqla necə fəxr etmək olar ki

Njdeyə heykəl qoyub

Və qatillə, oğru ilə bir masaya oturmaq

Hansı ki, Qarabağı oda qaladılar

 

Yaxud Poznerə belə xoşdur

Ermənilərin hiyləgərliyi, məkrli olmağı

O, sərhədsiz riqqətdədir 

Düşüncəsinə isə duman çöküb.

 

Bəli, biz də etiraf etməliyik ki, ürəyini

Pozner ermənilərə satdı

Amma ürəyi ilə birlikdə, bizə aydındır ki

O, ruhunu Şeytana satdı!!!

 

OXŞAR XƏBƏRLƏR

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...