Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb - FOTOLAR

Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb - FOTOLAR

 

"AtaBank” ASC-nin dəstəyi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb. "GNI”, "VTB” Bank Azərbaycan, "AtaHolding”, "AFAM” və "Synergy” Şirkətlər Qrupunun təşkil olunan turnirdə çempion adı yenə dəyişməz qalıb.

 

Ənənəvi turnirin 8-ci ilində "No Name" zirvəni əldən verməyib. 32 gün davam edən yarışın ən titullu komandası bununla da 5-ci dəfə çempion tituluna yiyələnib. Onlar həlledici qarşılaşmada VTB-dən güclü olublar. Üçüncü yerin sahibinin adı isə dəyişib. "Cybernet"ə qalib gələn AFAM Group tarixinin ilk mükafatına - bürünc medala yiyələnib.

 

Belə ki, meydan əvvəlcə AFAM Group və "Cybernet"in ixtiyarına verilib. Tennis Akademiyasında baş tutan və AFFA-nın hakimlər briqadasının idarə etdiyi görüş həm maraqlı, həm də məhsuldar alınıb. "Cybernet"in əzmkarlıq göstərməsinə baxmayaraq, AFAM Group 7:5 hesabı ilə qalib gəlib.

 

"No Name" - "VTB” Bank Azərbaycan finalında isə gözlənilməz nəticə qeydə alınmayıb. "Adsız komanda" 4:0 hesablı qələbə qazanıb. Bu, həm də 3 il əvvəlki finalın qisası olub.

 

Beləliklə, uzun sürən marafon yenə də "No Name"in qələbəsi ilə başa çatıb. VTB-nin ikinci olduğu turnirdə "üçlüy"ü AFAM Group qapayıb.

 

Final

"No Name” – "VTB” Bank Azərbaycan – 4:0

Qollar: Şamo İsgəndərov 5 (pen), Ramiz Boqdanov, 29, 45, Etibar Babaşlı, 50

 

Üçüncü yer uğrunda matç

AFAM Group - "Cybernet" - 7:5

Qollar: Fərid Şabanov, 2, 16, 30, Mirşamil Qasımlı, 3, 32, 41, Cəbrayıl Quliyev, 11 - Fərid Abasov, 9, İsmayıl Hüseynli, 17, 43, Şöhrət Mayılov, 31, 33

 

Oyunların ardınca yarışın bağlanış mərasimi təşkil olunub. Turnirin təşkilatçısı "AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. "No Name” klubunun mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, 8 ildir keçirilən turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. Klub rəhbərləri də yarışın təşkilatçılığından, həmçinin gedişindən razılıq edərək minnətdarıq ediblər.

 

Ardınca mükafatlandırma mərasimi keçirilib. Çempiona xüsusi hazırlanmış kubokla yanaşı, 5000, 2-ci yeri tutan komandaya 4000, 3-cü pillənin sahibinə isə 3000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

 

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "No Name"in üzvü Hüseyn Xəlilov seçilib. Yarışın bombardiri adına Fərid Şabanov (AFAM Group, 12 qol) sahib olub. "No Name”in çempion olmasında xüsusi rolu olan Cahangir Qənizadə ötən il olduğu kimi, yenə qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.

 



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...

Almaniya Ukraynaya iki yeni “Patriot” sistemi göndərir

Almaniya Ukraynaya iki yeni “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək qərarına gəlib. Bu addım, Rusiyanın artan hava hücumları fonunda Ukr...