General ölkədən çıxan ailəsi ilə bağlı danışdı - ‘Cinayət işi gedir’

General ölkədən çıxan ailəsi ilə bağlı danışdı -  ‘Cinayət işi gedir’

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi general-mayor Emin Şəkinski son zamanlar mətbuatdabarəsində yayılan məlumatlaramünasibət bildirib.

İdarə rəisi"Report"a açıqlamasında deyib ki, bununlabağlı geniş danışmaq istəmir: "Bu cür informasiyaların yayılması normal haldır.Çünki Azərbaycan demokratik ölkədir".

E.Şəkinskikeçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanın və 4 övladının saxta sənədlərləAzərbaycanı tərk etməsinə də münasibət bildirib: "Bu barədə geniş danışmaq istəmirəm. Məsələ ilə bağlıcinayət işi açılıb.Digər məsələləri müstəntiqdən soruşa bilərsiniz".

Xatırladaq ki, GülnarəŞəkinskaya keçmiş həyat yoldaşı EminŞəkinskinin evindən60 min manat pul oğurlamaqda ittiham olunur. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.Gülnarə Şəkinskaya, eləcə də onun övladları -Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər. Müttəhimlər kürsüsündə oturanPənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov onlara yardım etməkdə günahlandırılırlar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Cinayət işində adları hallananGülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.


OXŞAR XƏBƏRLƏR