Nazirə hava proqnozlarına görə - Təşəkkür məktubu

Nazirə hava proqnozlarına görə - Təşəkkür məktubu

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Bakı -2015 Avropa Oyunları” ərəfəsində göstərdiyi xidmətlərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edib. 

Bu barədə Sfera.az-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn “Bakı-2015 Avropa Oyunları”ndan əvvəl və oyunların keçirildiyi müddətdə göstərdiyi meteoroloji və ekoloji müşahidələr, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırova təşəkkür məktubu göndərib. Məktubda deyilir:

“ Hörmətli cənab Nazir,

Bakı-2015 Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Nazirliyinizin müvafiq qurumları tərəfindən göstərilmiş meteoroloji və ekoloji müşahidələrə, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Sizə öz təşəkkürümüzü bildirmək istəyirik.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Atlet Xidmətləri və İdman Əməliyyatları Departamenti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oyunlara cavabdeh qurumları arasında hələ 2014-cü ilin noyabr ayından sıx əlaqələr yaradılmışdır. Məmnuniyyətlə bildiririk ki, yüksək professionallardan ibarət komandanızla ilk görüşdən qarşılıqlı inam və anlaşma əlaqələri yaranmışdır.

Oyunlar vaxtı Milli Hidrometeorologiya Departamenti əməkdaşlarının meteoroloji avadanlıqların quraşdırıldığı idman obyektlərində növbətçiliyi qrafikə uyğun təmin olunaraq meteoroloji məlumatlar və proqnozlar vaxtında BAOƏK-in mərkəzi qərargahına ötürülüb. Hava proqnozlarının yüksək keyfiyyətini əlavə qeyd edirik.

İlk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasında Nazirliyinizin üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinizə və göstərdiyiniz dəstəyə görə Sizə və müəyyən etdiyiniz komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk”.


OXŞAR XƏBƏRLƏR

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salma...

İrandan gələn xarici vətəndaşlar Azərbaycanda qalır? - XİN-dən CAVAB

Son günlərdə İranla İsrail arasında yaşanan gərginlik bölgədə ciddi narahatlıqlar yaradıb. Regionda müharibə ehtimalı gücləndikcə, əhalinin bir hissəsi təhlükəs...

Paşinyan Türkiyəyə yola düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə ...

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək.   Sfera.az xəbər ver...

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadası...

Azərbaycanda bu şəxslərə 350 manat veriləcək - FOTO

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190 manat, İlham Qəhrəmana isə 160 manat ödəyəcək.   Sfera.az iqtisadiyyat.a...