Olimpiya Oyunlarının məşəli təqdim olundu

Olimpiya Oyunlarının məşəli təqdim olundu

2016-cı il Olimpiya Oyunlarının icraiyyə komitəsi Olimpiya məşəlinin dizaynını təqdim edib. "Onun dizaynı Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək Braziliya xalqının hərarəti ilə məşəlin görüşünü əks etdirir", - turnirin saytında yerləşdirilən məlumatda belə deyilir. 

Sfera.az Azərtac-a istinadla xəbər verir ki, Braziliyanın 26 ştatının paytaxtına səfər edəcək məşəlin keçəcəyi marşrut da müəyyən olunub. Ümumilikdə 500 şəhərdən keçməsi nəzərdə tutulan məşəl onların 300-də dayanacaq. Marşrut Olimpiya məşəlini maksimal dərəcədə insanın görməsinə hesablanıb. 2016-cı ilin mayında yola çıxacaq məşəli 100 günlük səfəri ərzində 12 minədək insan daşıyacaq. Onların hər biri təxminən 200 metr yol qət edəcək.

Ənənəyə görə, Yunanıstanda yandırılacaq alov 20 min kilometrə qədər yerüstü və təxminən 10 min mil hava yolu keçəcək.

Xatırladaq ki, 2016-cı il yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək Rio-de-Janeyro və Brazilia şəhərlərində təşkil olunacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda evlərin qiyməti dəyişir? - AÇIQLAMA

Son günlər İranda baş verən müharibə və regional gərginlik fonunda Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı gözləntisi yaranıb.    Ma...

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın h...

Xalq artistinin qızı adını dəyişir

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova adını dəyişir.   Sfera.az xəbər verir ki, bu barədə "Gün ortası" verilişində danış...

Azərbaycanda cinsi infeksiyalar çoxalıb – Həkimlər xəbərdarlıq edir

Son illərdə cinsi yolla keçən infeksiyaların (CYKİ) yayılmasında ciddi artım müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər artıq cəmiyyətdə na...

"ABŞ-nin nüvə hücumu fərziyyədir" - Peskov

“ABŞ-nin İrana qarşı potensial olaraq taktiki nüvə silahından istifadə etməsi ilə bağlı mətbuatda yayılan məlumatlar fərziyyədən başqa bir şey deyil, belə...

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür

BMT tərəfindən təsis edilən 20 iyun - Ümumdünya Qaçqınlar Günü dünyada müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək...