Hansı aylarda dünyaya gələnlər daha çox xəstələnirlər?

Hansı aylarda dünyaya gələnlər daha çox xəstələnirlər?

Sfera.az publika.az-a istinadən xəbər verir ki, xəstəliklərə meyilliliklə insanların doğulduğu ayların arasında qarşılıqlı əlaqə olduğu açıqlanıb.

Amerikalı alimlərin apardıqları araşdırmalar sübut edib ki, may ayında dünyaya gələnlərin xroniki xəstəliklərə yaxalanma riski oktyabr və noyabrda doğulanlardan daha azdır.
Elm adamları belə nəticəyə gəliblər ki, mart və aprel aylarında dünyaya gələnlərdə ürək-damar xəstəlikləri, oktyabr-noyabr aylarında doğunlarda isə tənəffüs yolu xəstəlikləri, həmçinin, cinsi xəstəliklər və nevroloji problemlər daha çox müşahidə edilir. İyul və oktyabr aylarında dünyaya göz açanların isə astmaya yaxalanma riski daha çoxdur. Noyabrda dünyaya gələnlərdə isə diqqət çatışmazlığı hiss edilir.
Kolumbiya Universitetinin professorlarının həyata keçirdiyi həmin tədqiqatlar, əsasən, 1985-2013-cü illərdə dünyaya gəlmiş pasiyentlərin tibb kartları əsasında aparıblar.
Onlar 30 il ərzində təxminən, 2 milyon insanın xəstəliyini araşdırıblar. Bu zaman yüksək təzyiqdən tutmuş astmaya kimi 55 müxtəlif xəstəliyin  insanın doğum tarixi ilə əlaqəsi öyrənilib.
Qeyd edək ki, araşdırmanın nəticələri "Journal of American Medical İnformatics Association" jurnalında yayımlanıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin qızı adını dəyişir

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova adını dəyişir.   Sfera.az xəbər verir ki, bu barədə "Gün ortası" verilişində danış...

Azərbaycanda cinsi infeksiyalar çoxalıb – Həkimlər xəbərdarlıq edir

Son illərdə cinsi yolla keçən infeksiyaların (CYKİ) yayılmasında ciddi artım müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər artıq cəmiyyətdə na...

"ABŞ-nin nüvə hücumu fərziyyədir" - Peskov

“ABŞ-nin İrana qarşı potensial olaraq taktiki nüvə silahından istifadə etməsi ilə bağlı mətbuatda yayılan məlumatlar fərziyyədən başqa bir şey deyil, belə...

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür

BMT tərəfindən təsis edilən 20 iyun - Ümumdünya Qaçqınlar Günü dünyada müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək...

Məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı - FOTOLAR

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat iste...

İyun bitməmiş varlanacaq bürclər

Yaxın bir neçə həftə ərzində bu bürclər maddi vəziyyətlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaqlar.   Sfera.az  Milli.az-a istinadən xəbər ...