Ailə həyatı qurmaq istəyən gənclər mütləq oxusun

Ailə həyatı qurmaq istəyən gənclər mütləq oxusun

“Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsini həyata keçirəcək səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib”.

Bunu Səhiyyə Nazirliyində nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına həsr edilmiş geniş kollegiya iclasında nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.


Onun sözlərinə görə, bu tədbirləri regionlarda mərkəzi rayon və ya şəhər xəstəxanaları, şəhər səhiyyə şöbələrinin əvvəldən müəyyən etdiyi tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayon üzrə təyin olunmuş poliklinikalar, Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcək.

Şöbə müdiri deyib ki, qan nümunələrinin Bakıya çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb və onların marşrutları müəyyən edilib:

“ Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə əsasən, mərkəzi rayon xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb. Hematoloji kabinetlər təhkim edilmiş ərazidə nikaha daxil olmaq istəyən şəxslərin qan nümunələrinin alınmasını, nişanlanmasını, qeydiyyatdan keçirilməsini və talassemiyanın daşıyıcılığı üzrə skrininq müayinələrinin aparılmasını təşkil etməli, skrininq zamanı talassemiya daşıyıcılığına şübhəli şəxslərin qan nümunələrini, eləcə də İİV/QİÇS və sifilis müayinələrinin aparılması üçün qan nümunələrinin müəyyən edilmiş temperatur rejimində saxlanmasını və xüsusi termokonteynerlərdə ETHTİ-na göndərilməsini təmin etməlidir”.

G. Poladovun sözlərinə görə, 2013-2014-cu illərin statistikasına əsasən, ölkədə il ərzində orta hesabla 85-90 min nikah qeydə alınır ki, bu da 170-180 min şəxsin tibbi müayinə olunması deməkdir: “Onların təxminən 24 faizi Bakı şəhərinin, qalan 76 faizi isə regionların payına düşür. Beləliklə, bir gündə paytaxtda orta hesabla 50-60, bölgələrdə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir”

OXŞAR XƏBƏRLƏR

Tələbə təqaüdləri ARTIRILIR? – Rəsmi AÇIQLAMA

Bildiyiniz kimi, yaxın günlərdə bir çox sosial müavinətdə artım oldu. Artan sosial müavinətlərin sırasında tələbə təqaüdləri yer almadı.   Tə...

Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

“Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır”.   Sf...

Bakı sakinləri üçün mühüm YENİLİK – 21 il əvvəlki sistem qayıdır

2025–2030-cu illəri əhatə edən dövlət proqramında Bakıda tramvay nəqliyyatının bərpası nəzərdə tutulur. Lakin mütəxəssislər və sakinlər bu ideyanın realla...

TƏBİB-dən Vüsal Murtuzəliyevlə bağlı açıqlama

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.   Bildirilib ki, iyulun 19...

İsrail İsfahanda raket və radar sistemlərini vurdu - VİDEO

İsrailin Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən İsfahan şəhərində strateji əhəmiyyətə malik raket və radar sistemlərini hədəf alaraq uğurlu aviazərbələ...

Qubadlıda skelet fraqmentləri aşkarlanıb

Qubadlıda insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlanıb.   Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin xəbərinə gö...