Dənizə getmək istəyənlər bu xəbəri mütləq izləsin! - VİDEO

Dənizə getmək istəyənlər bu xəbəri mütləq izləsin! -  VİDEO

Küləkli havada dənizə girməyin

Bir neçə gündü Bakıda və Abşeron yarımadasında küləkli hava höküm sürür.Belə havada dənizə girmək təhlükəli olsada həftə sonu çimərliyə üz tutanların sayı elə də az deyil. Edilən xəbərdarlıqlara baxmayaraq insanlar bir neçə saatlıq sərinləmək üçün həyatlarını təhlükəyə atmaqdan belə çəkinmirlər.

Güclü dalğalar arasında üzən iki gənc sanki yarışı çıxıblar. Kənarda çimən bu balacalar da nəzarətsizdir. Bir neçə gündür Bakıda və Abşeron yarmadasında küləkli hava höküm sürür. Həftə sonu istirahətini dəniz kənarında, çimərliklərdə keçirənlər külək və dalğadan çəkinmirlər.

Sularda xilasetmə xidmətinin əməkdaşları küləkli hava səbəbi ilə çimərlikdə olan insanlara dənizə girməməyi girnələrə isə dərinə getməməyi tövsiyyə edirlər. Çimərlikdə belə bir löhvə var çimmək qəti qadağandır.amma görünən odur ki, insanlar buna məhəl qoymayaraq dənizə girirlər. Bəziləri peşəkar üzdüyünü iddia etsə də, dalğa güclü olduğundan dərinə getməyin təhlükəli olduğunu bilir. Xilasedicilər vətəndaşlara tez tez xəbərdarlıq edib, əlləri ilə işarə verərək kənara çıxmağa səsləyirdilər.

Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları deyir ki, küləkli havada dalğa güclü olduğundan qayıqla dənizə çıxa bilmirlər. Bu səbəbdən də belə havada çimərlikdə boğulma təhlükəsi ilə üzləşənlərin xilas edilməsi çətin olur. Xilasedicilər insanlara küləki havada mümkün qədər dənizə girməməyi tövsiyyə edirlər. /xezerxeber.com

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İşğaldan azad olunmuş ərazilərdə bu torpaqlar icarəyə veriləcək - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə verilə bilər.    Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gü...

Gürcüstanın yeni mədəniyyət və idman naziri təyin edildi

Gürcüstanın yeni mədəniyyət və idman naziri Tika Ruxadze təyin edilib.   Sfera.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət adm...

Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı altında “COP29 H...

Azərbaycanlı aparıcı atdan yıxıldı - VƏZİYYƏTİ... + FOTO

ASAN TV-nin aparıcısı Xəyalə Hüseynlinin başına iş gəlib.   Sfera.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.  ...

Ərdoğanın maaşı AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşı açıqlanıb.    Sfera.az xəbər verir ki, Cumhurbaşkanlığının Türkiyə Böyük Millət Məclisinə təqdim...

Məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndiriləcək

Məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndiriləcək.    Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə ...