Azərbaycan bu qəhrəman polisdən danışır - TƏFƏRRÜATLAR - VİDEO

Azərbaycan bu qəhrəman polisdən danışır - TƏFƏRRÜATLAR -  VİDEO

Başqalarının yaşaması üçün öz həyatını fəda etdi.

İndi təqdim edəcəyimiz süjetin qəhrəmanı göstərdiyi şücaəti və fədakarlığı sayəsində bir neçə gündür ki, medianın gündəmindədir. Söhbət 3 gün öncə öz həyatı bahasına dənizdə batan başqa bir şəxsi xilas edən qəhrəman polisimiz Zaur Nurəliyevdən gedir. Əməkdaşlarımız cəsur polisin ailəsinə baş çəkiblər. Zaur Nurəliyevin keçdiyi həyat yolunu və hadisənin başvermə anının təfərrüatlarını ailəsinin dilindən eşidək.

Canı bahasına, qorxmadan dənizin qoynuna atıldı.Başqalarının yaşaması üçün öz həyatını fəda etdi.

Söhbət 3 gün öncə Xəzərdə batan şəxsləri xilas edərkən boğulan 27 yaşlı polis serjantı Zaur Nurəliyevdən gedir. Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı olan Zaur Nurəliyev hər zaman cəsurluğu ilə seçilib.

Zaur Nurəliyev ötən ilin aprel ayında ailə qurub. Bu ilin aprelində isə Fərid adlı övladı dünyaya gəlib. İyulun 3-də axşam istirahət etmək üçün ailə üzvləri ilə birlikdə Xəzər rayonu ərazisindəki çimərliyə gedib. Həmin vaxt 2 nəfərin suda boğulduğunu görüb və tərəddüd etmədən suya atılıb.

Boğulanlardan birini xilas edə bilsə də, özü digər şəxslə birgə batıb.

Xilasedicilər gecə Zaur Nurəliyevin və onunla birgə batan Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq yaxınlarına təhvil veriblər. Qəhrəman polisin cənazəsi İsmayıllının Buynuz kəndinə gətirilərək orada dəfn olunub. //xezerxeber.com/

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin qızı adını dəyişir

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova adını dəyişir.   Sfera.az xəbər verir ki, bu barədə "Gün ortası" verilişində danış...

Azərbaycanda cinsi infeksiyalar çoxalıb – Həkimlər xəbərdarlıq edir

Son illərdə cinsi yolla keçən infeksiyaların (CYKİ) yayılmasında ciddi artım müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər artıq cəmiyyətdə na...

"ABŞ-nin nüvə hücumu fərziyyədir" - Peskov

“ABŞ-nin İrana qarşı potensial olaraq taktiki nüvə silahından istifadə etməsi ilə bağlı mətbuatda yayılan məlumatlar fərziyyədən başqa bir şey deyil, belə...

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür

BMT tərəfindən təsis edilən 20 iyun - Ümumdünya Qaçqınlar Günü dünyada müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək...

Məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı - FOTOLAR

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat iste...

İyun bitməmiş varlanacaq bürclər

Yaxın bir neçə həftə ərzində bu bürclər maddi vəziyyətlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaqlar.   Sfera.az  Milli.az-a istinadən xəbər ...