Şirvanda zavodun partlaması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Şirvanda zavodun partlaması ilə bağlı -  RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi Şirvanda baş verən hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, Şirvanda baş vermiş hadisəyə 8 Təcili Təxirəsalınmaz Yardım briqadası cəlb olunub.
 
- 06.07.2015-ci il tarixində Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub. 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. 
 
Daxil olmuş 19 nəfərdən 13-ə ambulator yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub. 
 
Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda evlərin qiyməti dəyişir? - AÇIQLAMA

Son günlər İranda baş verən müharibə və regional gərginlik fonunda Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı gözləntisi yaranıb.    Ma...

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın h...

Xalq artistinin qızı adını dəyişir

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova adını dəyişir.   Sfera.az xəbər verir ki, bu barədə "Gün ortası" verilişində danış...

Azərbaycanda cinsi infeksiyalar çoxalıb – Həkimlər xəbərdarlıq edir

Son illərdə cinsi yolla keçən infeksiyaların (CYKİ) yayılmasında ciddi artım müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər artıq cəmiyyətdə na...

"ABŞ-nin nüvə hücumu fərziyyədir" - Peskov

“ABŞ-nin İrana qarşı potensial olaraq taktiki nüvə silahından istifadə etməsi ilə bağlı mətbuatda yayılan məlumatlar fərziyyədən başqa bir şey deyil, belə...

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür

BMT tərəfindən təsis edilən 20 iyun - Ümumdünya Qaçqınlar Günü dünyada müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək...