\"Çelsi\"nin futbolçusu: \"Bakıdakı finalda qalib gəlməliyik\"

\
 

"Qalib gəlməyi çox istəyirik və bunun üçün lazım olan hər şeyi etməliyik. Hər iki komanda təzyiq hiss edir”.

"Report”un UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu İngiltərənin "Çelsi” komandasının futbolçusu Villian Londonun digər təmsilçisi "Arsenal” ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının finalı barədə danışarkən deyib.

31 yaşlı braziliyalı hücumçu hər iki komandanın qələbə qazanmaq üçün alışıb-yandığını bildirib: "Artıq Çempionlar Liqasına vəsiqə qazanmışıq. İndi isə Avropa Liqasını qazanmaq istəyirik. Bizi möhtəşəm və çətin oyun gözləyir. Bakıdakı finalda qalib gəlməliyik. Bu, həm komanda, həm də mənim üçün ən yaxşı mövsüm olmasa da, sonda məqsədimizə çatdıq. Premyer Liqada 3-cü yeri tutduq, Liqa Kuboku və Avropa Liqasında finala çıxdıq. Üzərində işləməli olduğumuz şeylər var və bunu növbəti mövsümdə edə bilərik. Finala köklənməliyik. Qələbə klubu şöhrətləndirəcək. Titul götürməyə çalışmalıyıq. Əlbəttə, daha yaxşı oynaya bilərəm. Avropa Liqasında qələbə hamımız üçün xoş məqam olardı".

Villian finaldan sonra "Çelsi”dən ayrılaraq İspaniyanın "Real Madrid” kluba keçəcəyi gözlənilən Eden Azar barədə də fikirlərini bölüşüb: "Onunla oynamaqdan çox xoşum gəlir. Futbolda nə olacağını bilmək mümkün deyil. Azar getsə, bizim üçün çox kədərli olacaq. O, çox yaxşı oğlan və istedadlı futbolçudur. Dünyada ən yaxşılardan biridir. Ümid edirəm ki, bizimlə qalacaq”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...