Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər

Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər

 

 

İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqor yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib.

Bu barədə Bjpenn.com yazır.

Nurməhəmmədovla Makqreqor arasında ilk döyüş oktyabrın 6-da Las-Veqasda keçirilmiş və dördüncü raundda rusiyalının danılmaz qələbəsi ilə başa çatmışdı. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşmüşdü. 

Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyərək, altı ay müddətinə diskvalifikasiya etmişdi. Rusiyalı idmançı isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılmış və yarım milyon dollar məbləğində cərimələnmişdi.

"Onu təbrik edirəm, həmin matçı qazanıb, görək növbəti dəfə necə olacaq. Əminəm ki, yenidən üz-üzə gələcəyik. Hər halda bu idmandır, qəddar idman növü olsa da, idmandır. Ona hörmət edirəm, həmin döyüş axşamı mən məğlub olmuşdum”, - deyə Makqreqor bildirib.

Oxu.az


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...