Etibarnamə ilə maşın sürənlərin nəzərinə - VİDEO

Etibarnamə ilə maşın sürənlərin nəzərinə -  VİDEO

Etibarnamə ilə avtomobil idarə edənlər diqqətli olun. Hər an avtomobilə qoyulmuş həbs və ya ödənilməmiş cərimələri avtomobilin əsl sahibinə yox sizə ödətdirə bilərlər. Bəs belə hallarla rastlaşmamaq üçün nə etmək lazımdır? Sualımıza ekspertlər cavab verib.

Zərərçəkmiş Pərvin Nəsirov avtomobili cərimə meydançasından çıxarmaq üçün 700 manata yaxın pul ödəyib.

Vətəndaşlar avtomobil aldıqdan sonra qeydiyyata sərf ediləcək vaxta və məbləğə qənaət niyəti ilə etibarnamə üsulunu seçirlər. Amma bəzən bu xoşa gəlməz hallara səbəb olur. Pərvin Nəsirovun aqibəti kimi.

Ekspertlər bildirir ki, belə halla üzləşən sürücü avtomobilin sahibini tapa bilmirsə və cəriməni ödəməkdən imtina edirsə onu mütləq məhkəməyə verməlidir. Məhkəmə qərarı ilə, ödənilməmiş cərimələrin tarixi və etibarnamənin verilmə tarixinə baxılır. Əgər həqiqətən də cərimələr ikinci şəxsdən əvvəl olubsa avtomobilin ilk sahibi tərəfindən cərimə ödənilməlidir. Məhkəmə prosessi bəzən uzandığından aylarla və yaxud da illərlə avtomobilsiz qalma ehtimalıda böyükdür.

Ümumiyyətlə etibarnamə ilə avtomobil idarə etmək təhlükəlidir. Məsələn avtomobilin əsl sahibi dünyasını dəyişərsə etibarnamə avtomatik ləğv olunur və əmlak hüququ onun varislərinə keçir. Ekspertlər etibarnamə ilə avtomobil alanlara diqqətli olmağı tövsiyə edirlər.  //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Vüsal Murtuzəliyevlə bağlı açıqlama

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.   Bildirilib ki, iyulun 19...

İsrail İsfahanda raket və radar sistemlərini vurdu - VİDEO

İsrailin Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən İsfahan şəhərində strateji əhəmiyyətə malik raket və radar sistemlərini hədəf alaraq uğurlu aviazərbələ...

Qubadlıda skelet fraqmentləri aşkarlanıb

Qubadlıda insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlanıb.   Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin xəbərinə gö...

Azərbaycan nefti bahalaşmaqda davam edəcək? - AÇIQLAMA

Yaxın Şərqdə baş verən gərginliklər yenidən dünya enerji bazarlarında dalğalanmalara səbəb olub. İsrail ilə İran arasında artan hərbi qarşıdurmalar, neftin birj...

525 saylı marşrutda biabırçı vəziyyət - VİDEO

Bakının mərkəzində fəaliyyət göstərən və əksər qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazıra və geriyə sərnişin daş...

Azərbaycanda evlərin qiyməti dəyişir? - AÇIQLAMA

Son günlər İranda baş verən müharibə və regional gərginlik fonunda Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı gözləntisi yaranıb.    Ma...